Sizin saytda ziddiyyətli məqamlar görürəm...
Sual:
Salam aleykum !
Menim sualim sizin siyitniz baresindedir . Biz bu sayita ne geder inana bilerik ?
Sizin suallara cavab vermeyinizde , oxudugum movzularda bir az casginlig gorurem . Buna bir nece misal getire bilerem . Sual verilir ki , dua ederken elleri galdirmag lazimdir ? Cavabda deyilir ki , el galdirmag baresinde bir esas yoxdur . Amma dua etmeyin edeb gaydalirinda ise hedisde el galdirib dua etmek barade acig delil var !
Sonra sual verilir , men rusiyada kesilmis eti yeye bilerem ?
Cavabda deyilir beli, guranda olan ayeye esasen yeye bilersiz! Xatirladim ki , guranda hegigi kitab ehlinden danisir ! Indiki Isa peygemberi Allaha serik gosan kafirlerden Yox.
salam aleykum !
Cavab:
Və aleykum Salam. Bəzi şeyləri düzgün başa düşməmisiniz. Əlləri qaldırıb dua etmək sünnədə var. Lakin namazdan sonra əl qaldırıb dua etmək yoxdur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazdan sonra belə bir şey etməyib. Duanı namazın içində, səcdələrdə və salamdan qabaq etmək lazımdır. Allahın razılığı Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) itaətlə bağlıdır. Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) namazdan sonra əllərini qaldırıb dua etməyibsə, üstəlik ümumiyyətlə namazdan sonra dua deyil, zikr edibsə, biz də ona itaət edib onun etdiyi kimi etməliyik. Amma digər hallarda istənilən vaxt əlləri qaldırıb dua etmək fəzilətli əməl sayılır. Daha ətraflı:
Namazdan sonra əlləri qaldırıb dua etmək olarmı?
Duanın ədəbləri
Namazdan sonra əlləri qaldırıb dua etmək olarmı?
Duanın ədəbləri
Kitab əhlinə gəldikdə isə, onlar peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dövründə, Quran nazil olduğu vaxtlarda da kafir idilər. Daha ətraflı: Xristianlar niyə kafirdir?
Buna baxmayaraq Allah onların qızları ilə evlənməyi və onların kəsdikləri əti yeməyi müsəlmanlara halal etdi. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar". (əl-Maidə, 5).