Namazdan sonra əlləri qaldırıb dua etmək olarmı?

    21.02.2016
Sual: 
Salamu aleykum.Fərz namazından sonra bəziləri əli açıb dua etmək olmaz deyirlər.Bu barədə dində hər hansi bir qadağa varmı?
Cavab: 
Və aleykum Salam. İbadətləri - o cümlədən dua etmək qaydasını, nə vaxt, harada və necə edilməsini Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə bildirib. Odur ki, onun buyurmadığı şeylərdən kənar durmalıyıq. Namazdan sonra əlləri qaldırıb dua etmək barədə isə Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir məlumat olmadığına görə biz bu əməldən çəkinməliyik. Çünki, Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari, 2697).
Əgər lazım olsaydı Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə bildirərdi. Kimsə belə bir şey iddia etsə, dəlil gətirməlidir. Yəni ibadət məsələlərində nə isə etdikdə dəlil gətirilməlidir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə edib. Həmçinin, dua etmək üçün bir çox məqamlar vardır. Namazın içində ən gözəl dua məqamı səcdədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482).
Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soru­­şuldu: "Hansı dua ən tez qəbul olunur?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edi­lən dua". (ət-Tirmizi, 3499). Daha ətraflı:
Teqlər: 
Paylaş: