Uzun ömür haqqında

    01.06.2016

[Allahummə əslih li diniyəl-ləzi huva ismətu əmri və əslih li dunyayəl-ləti fiyhə məaşi və əslih li axirətiyəl-ləti fiyhə məadi vəc'alil-həyatə ziyadətən li fi kulli xeyr, vəc'alil-məutə rahətən li min kulli şərr]
“Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et! Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!” (Muslim, 6841) 

[Allahummə inni əuzu bikə minəl-aczi vəl-kəsəli vəl-cubni vəl-buxli vəl-hərami və əzabil-qəbri. Allahummə ati nəfsiy təqvahə və zəkkihə əntə xayru mən zəkkahə əntə vəliyyuhə və məulahə. Allahummə inni əuzu bikə min ilmin lə yənfə və minqalbin lə yəxşə və min nəfsin lə təşbəu və min dəvətin lə yustəcəbu ləhə]
“Allahım! Acizlikdən, tənbəllikən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan və qəbr əzabından Sənə sığınıram! Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin Qəyyumu və hamisisən! Allahım, fayda verməyən elmdən, Səndən qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan Sənə sığınıram!” (Muslim, 6844)