Elm öyrənmək haqqında

    01.06.2016
[Rabbi zidni ilmən]
“Ey Rəbbim! Mənim elmimi artır!” ( Ta ha, 114) 

[Allahummə-nfə'ni bimə alləmtəni və allimni mə yənfəuni və zidni ilmən]
“Allahım! Mənə fayda verəcək şeyləri mənə öyrət və elmimi artır!” (Səhih İbn Macə, 1/ 47) 

[Allahummə, inni əs-əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mutəqabbələn]
“Allahım, Səndən faydalı elm, təmiz ruzi və qəbul olan əməl istəyirəm!” (Səhih İbn Macə, 1/ 152) 

[Allahummə fəqqihni fid-din]
“Allahım, məni dində elmli et!” (əl-Buxari, 143)

[Rabbi-ş-rah li sadri və yəssir li əmri vəh-lul uqdətən min lisəni yəfqahu qauli]
“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar” (Ta ha, 25-28)