Namazda təşəhhüdü oxumaq, niyyət etmək və s. suallar

    14.08.2016
Kimdən: 
Hümmət
Sual: 
Əssəlamu Aleku Sizə bur neçə sual vermək istəyirəm.Namazda şəhadət gətirəndə surələri oxuyub qurtarnacan şədət gətirməliyikmi? yoxsa Əttəhiyyəti surəsinin axırlarında şəhadət gətirmək kazımdırmı? Namazda fatihə surəsinnən sora hər hasısa bir surəni oxumağa başdıyan zaman Bismilləhi Rahməni Rahim sözünü deyilməlidirmi? vacibdirmi?Qüsül Alınan zaman dəsdəmaz almağa başdıyanda niyyət edilməlidirmi? Bu vacibdirmi? ümumiyyətnən namaz qılmağa,dəsdamaz almağa başdayanda Niyyəti etdim Allah rızası üçün dəzdamaz almağa,Namaz qılmağa bu sözləri demək vacibdirmi? yoxsa dində yenilikdirmi?Gözəl təbiyyəti gördükdə, Hasısa şəkildə təbiyyət şəkli gördükdə Bura cənnətdi,cənnətə oxşayır bu sözü demək
Cavab: 
Və aleykum Salam. 
1. Əttəhiyyətu, yəni təşəhhüd surə deyil, namazda oturduqda deyilən sözlərdir. Təşəhhüd necədirsə elə də deyilməlidir. 
2. Namazda Fatihə surəsindən sonra başqa surə deyəndə "Bismilləhir-Rahmənir-Rahim" deyilməlidir. Lakin, vacib deyildir.
3. İslamın bütün ayinlərində niyyət vacibdir. Lakin, niyyət sözlə deyilmir, qəlbdə olan məqsəddir. Daha ətraflı: Niyyət etmək bidətdirmi? 
4. Belə demək bəyənilmir, çünki Cənnət qeyb aləmidir və sıravi insanlardan heç kim Cənnəti görməyib.
Teqlər: 
Paylaş: