Kiməsə tövbə etdirmək olarmı?
Sual:
Salam.Kimese tövbe etdirmek olar?Bu ne derecede duzgundur?
Cavab:
Və aleykum Salam. Tövbə səmimi qəlbdən olmalıdır. Kimisə tövbə etməyə məcbur etmək isə tövbənin ilk şərti olan ixlasa (Allaha səmimi qəlbdən tövbə etməyə) ziddir. Ona görə də kimisə məcbur edərək tövbə etdirmək olmaz. Lakin, o adama günahları xatırladıb Allahdan qorxmağı, bu günahı tərgitməyi, yaxşı əməllər etməyə təşviq etməyi və bunun nəticəsində o adamın səmimi qəlbdən tövbə etməsinə səbəb olmaq olar. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?