Məhərrəm ayında yas saxlamaq olarmı?
Məqaləyə keçid: Məhərrəm ayında yas saxlamaq olarmı?
Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi.
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.
Əli ibn Əbu Talib - Allah ondan razı olsun - İslam dinini ilk qəbul edən səhabələrdəndir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Əli ibn Əbu Talib sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib Rəsulullahın dördüncü xəlifəsi olmuşdur. O, möminlərə layiqincə əmirlik etmiş və Kufə şəhərində altmış üç yaşında şəhid olmuşdur.
İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).
Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".
Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur.