Əssələmu aleykum. Cümə günü Uca Allahın bu ümmət üçün xüsusiləşdirdiyi bir gündür. Həmin gün Adəm (ona salam olsun) yaradılmış, həmin gün Cənnətə daxil edilmişdir. Qiyamət də həmin gün qopacaq və həmin gün Cənnət əhli Rəbbi ilə görüşmək üçün bir araya gələcəkdir.
Əssələmu aleykum. Oturaraq namaz qılmaqda əsas məsələ insanın bacardığı qədər namazın hərəkətlərini yerinə yetirməsidir. Əgər insan namazı ayaq üstə başlaya bilərsə, bunu etməli, sonra isə yerinə yetirə bilmədiyi əməlləri (rüku, səcdə) oturaraq etməlidir. Əgər ayaq üstə durmaq mümkün deyil, amma
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, andın kəffarəsi ardıcıl olaraq verilir. Yəni on kasıbı yedizdirməyə imaknı olan şəxs oruca keçə bilməz. Oruc on kasıbı yedizdirməyə imaknı olmayanlara aiddir.
Və aleykum Salam. Əgər qardaşın başqa qalmağa yeri və maddi imkanı da yoxdursa, sadəcə onların günah işlətməsi səbəbilə dərhal evdən çıxması vacib deyil. Onun üzərinə düşən bacardığı qədər hikmət və yumşaqlıqla nəsihət etmək, musiqi və haram görüntülərə qoşulmamaq, onları izləməmək və həmin məcli
Və aleykum Salam. Kişinin öz həyat yoldaşı ilə gözəl rəftar etməsi, ona vaxt ayırması və halal şəkildə onun mənəvi ehtiyaclarını nəzərə alması onun öz ailəsi qarşısında olan məsuliyyətlərindəndir və qadının bunları tələb etməsində heç bir qəbahət yoxdur. Bu barədə ətraflı oxuyun:
Əssələmu aleykum. Şəriətə görə ər-arvad boşandıqdan sonra uşağın kimdə qalmasından asılı olmayaraq, onun maddi xərcləri ilk növbədə atanın üzərinə düşür. Odur ki, sadəcə qadının uşağı atasının yanında qoyması və boşanmanın onun istəyi ilə olması atanın boşadığı qadından aliment tələb etməsi üçün
Və aleykum Salam. Bu cavabı oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, qadının üzünü örtməsi vacib deyil, müstəhəbdir. Əgər qadın könüllü şəkildə ibadət məqsədilə bunu edərsə, buna görə savab qazanar.
Və aleykum Salam. Əvvəla qeyd edək ki, Qiyamət günü baş verən hadisələrlə Cəhənnəm əzabını bir-birindən ayırmaq lazımdır. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun!
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. əl-Qiyamə surəsi 31-ci ayədə nəzərdə tutulan kafir namaz qılmamaqla yanaşı Quranı və haqqı yalan saymışdır. Onun Cəhənnəmə düşməsinə səbəb də məhz bu olmuşdur. Odur ki növbəti ayədə Uca Allah belə buyurur: "O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
Və aleykum Salam. Bir müsəlmana salam vermək vacib deyil, bəyənilən əməldir, lakin verilən salamı almaq vacibdir. Uca Allah buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya (verilən salamı) olduğu kimi qaytarın!
Əssələmu aleykum. "Məzlumun ahı ərşi titrədir" kimi ifadəni işlətmək doğru deyil.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Qeyd etdiyiniz şəkildə namazlarınızı vaxtları daxil olduqdan sonra və vaxt çıxmamış qılırsınızsa, namazlarınız səhihdir və qəza sayılmır. Lakin Əsr namazını səbəbsiz olaraq son vaxtına (Məğribə yaxın vaxta) gecikdirmək günah sayılır.
Əssələmu aleykum. Əgər mahnının musiqi alətlərindən və ritmindən tamamilə təmizlənmiş, yalnız sözləri qalan variantına qulaq asmaqdan danışırsınızsa, burada hökm artıq həmin sözlərin məzmununa və oxunuş tərzinə bağlıdır. Əgər sözlər öz-özlüyündə haram məzmun daşımırsa və oxunuş da şəhvəti və ya h
Və aleykum Salam. Səmimi tövbənin əsası günahı tərk etmək, etdiyinə peşman olmaq və bir daha ona qayıtmamağa qəti qərar verməkdir; tövbə namazından sonra ayrıca "indi tövbə edirəm" deyə tövbə üçün xüsusi niyyət etməyi unutmaq tövbəni batil etmir.
Və aleykum Salam.
Əssələmu aleykum. Bəli, qadın ev işlərini çatdırmaqda çətinlik çəkirsə və ərinin maddi imkanı varsa, ərindən ev işlərində ona kömək edəcək bir şəxsi tutmasını istəyə bilər.
Və aleykum Salam. Bəli, "Əstəğfirullah" deyərək istiğfar etmək (bağışlanma diləmək) icazəlidir. Həmçinin "Yə Ğafur, ey Ğaffar, yə Afuvv" kimi Allahın Gözəl Adları ilə də dua edərək istiğfar etmək icazəlidir. Sualda qeyd etdiyiniz şəkildə istiğfar etmək doğru deyil.
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, illər əvvəl etdiyiniz günah nə olursa olsun, bu günahın böyüklüyü Allahın rəhmətindən böyük deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!
Və aleykum Salam. Əgər "oyuna pul vurmaq" dedikdə oyunun içində üstünlük, geyim, silah, personaj və s. almaq üçün pul xərcləməyi nəzərdə tutursunuzsa, bu, öz-özlüyündə qumar sayılmasa da boş yerə pul xərcləmək olduğu üçün israf sayılır.
Və aleykum Salam. Əgər atanız səhhəti səbəbilə təyyarə ilə səfər edə bilmirsə və xəstəliyi daimi və sağalma ümidi olmayan xəstəlikdirsə, onun adından ümrə edə bilərsiniz. Amma əgər xəstəliyi müvəqqətidirsə və sonradan səfər edə bilməsi ehtimalı varsa, onun sağalmasını gözləmək lazımdır. Peyğəmbər
Əssələmu aleykum. Səhih Buxaridə Fatimənin (Allah ondan razı olsun) Əbu Bəkrə (Allah ondan razı olsun) qəzəbləndiyi və onunla danışmadığı rəvayət olunub.
Və aleykum Salam. Bəli, heyz vaxtı ər-arvadın cinsi əlaqə olmadan bir-birindən həzz alması icazəlidir.
Və aleykum Salam. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil. Buna səbəb isə ərəb dilində olan bəzi hərflərin səslənməsinin ana dilimizdəki qarşılığının olmamasıdır.
Əssələmu aleykum. Misir hökmdarı İbrahimin həyat yoldaşı Saraya xidmətçi olaraq Həcəri vermişdir. Bu barədə ətraflı oxuyun:
Həcər haqqında
Və aleykum Salam. Bəli, vəfat etmiş insanın adından sədəqə vermək və onun üçün dua etmək şəriətdə buyurulan əməllərdəndir və bunun savabı Allahın izni ilə ona çatır.
Günahdan sonra tövbə etdim, amma "gecənin üçdə birində etməli idim" deyə düşünürəm — bu, vəsvəsədir?
Və aleykum Salam. Xeyr, tövbəni gecənin üçdə birinə saxlamaq vacib deyil. Günah etdikdən sonra insan tövbəni dərhal etməlidir. Əksinə tövbəni gecikdirmək doğru deyil. Tövbə namazını istədiyiniz vaxt qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam.
1) Bu cavabları oxuyun:
Və aleykum Salam. Əvvəla, etdiyiniz əməlin səhv olduğunu anlayıb peşman olmağınız və Allaha tövbə etməyiniz çox gözəl haldır. Lakin burada məsələ insan haqqı ilə əlaqəli olduğu üçün yalnız tövbə etmək kifayət etmir.
Əssələmu aleykum. Ümumi olaraq İslamda sözlərin hökmünü müəyyən edərkən niyyət və danışanın məqsədi mühüm əhəmiyyət daşıyır.
Və aleykum Salam. Əgər “tək asqırmaq uğursuzluq gətirir” inancını nəzərdə tutursunuzsa, bu, xurafat və batil inancdır. İslamda bir insanın tək asqırmasının uğursuzluq gətirməsinə dair heç bir şəri dəlil yoxdur.
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qadın ərindən ayrıldıqdan sonra iddə müddəti gözləməlidir. Bu müddət bitdikdən sonra qadın ailə qura bilər. Ətraflı bu cavabları oxuyun:
Və aleykum Salam. Dinimizdə həftənin bütün günlərində, xüsusilə də cümə günü və cümə gecəsi Peyğəmbərə ﷺ və onun Əhli-Beytinə çoxlu salavat gətirməyə təşviq olunmuşdur. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Əgər siz həmin şəxsə etibar edərək zəkatınızı və sədəqənizi kasıblara çatdırması üçün vermisinizsə, üstəlik o da sizə and içərək bunun belə olduğunu təsdiqləyibsə, onun sonradan xəyanət etməsi sizin günahınız deyil. Əgər siz zəkatı verərkən onun həqiqətən şəriət üzrə zəkat almağ
Və aleykum Salam. Multfilm (cizgi filmi) formatında olması haram görüntülərə baxmağın hökmünü dəyişmir. Əgər orada övrət, açıq-saçıq səhnələr və şəhvəti qızışdıran görüntülər varsa, onlara baxmaq icazəli deyil. Həmçinin oxuyun:
Əssələmu aleykum. Xeyr, insanın başqa bir insan barədə qeyri-ixtiyari ağlına gələn vəsvəsə və düşüncələrə görə onun haqqına girmiş sayılmır. Əgər qəsdən həmin şəxsi təhqir etməmiş, ona zərər verməmiş və haqqını tapdalamamışsa, sadəcə içindən keçən fikrə görə günah daşımır.
Və aleykum Salam. Qaşları gözəlləşdirmək və formasını dəyişdirmək məqsədilə aldırmaq qadağandır. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Məğrib və İşa namazlarının vaxtı keçibsə, əvvəl Məğribi, sonra İşanı qılmağınız doğrudur, çünki qəza namazlarında ardıcıllığa riayət etmək vacibdir. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Əgər kartın müqaviləsində gecikmə zamanı faiz tutulacağı şərti varsa, hətta heç vaxt gecikdirməsəniz belə, bu kartdan istifadə etmək icazəli deyil. Odur ki ən doğru yol kartı bağlamaq və faiz şərti olmayan alternativ kartdan istifadə etməkdir. Həmçinin oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Namazı dərslərə görə iki il sonraya saxlamaq olmaz, çünki namaz öz vaxtında qılınması fərz olan ibadətdir və dərslərin çoxluğu bunu tərk etməyə üzr sayılmır. Namazların qəza olacağından qorxduğunuz üçün namazı tamamilə buraxmayın, əksinə, namaz qılmaqla Allahdan kömək diləyin, ç
Və aleykum Salam.
Və aleykum Salam. Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Buna görə də Quranda işlənən لعل (ləallə) və عسى (asə) "ola bilsin", "bəlkə" sözləri ərəb dilində daşıdıqları mənalara, cümlənin məzmununa və mövcud olan dəlillərə əsasən başa düşülür.
Və aleykum Salam. Uca Allahdan nənəniz üçün bağışlanma diləyirik! Bəli, ölən insanın nəvəsi onun yerinə ümrə və həcc edə bilər. Həmçinin ölən insana dua etmək, adından sədəqə vermək, habelə onun adından həcc və ümrə etmək icazəlidir.