Müsəlmanları təkfir edənləri dəstəkləyən şəxsə "kişiliyində naqislik var" deyən ondan halallıq almalıdırmı?

    29.11.2026
Kimdən: 
ALLAHIN qulu
Sual: 
Əs sələm aleykum va rahmatullah müəllim! ALLAH sizə bərəkət versin! Xahiş edirəm sualıma cavab verəsiniz! ALLAH hər halda razı olsun! Bir müsəlman özünü və ümməti təkfir edən biriləri ilə ALLAHIN dininə dəvət üçün deyil,dünya mənfəətlərinə görə can deyərək danışması,dəstək durması müqabilində ona :Sənin kişiliyində naqislik var deyilməsi yanlışdır? Axı bu adamlar qadınlı kişili uşaqlı böyüklü hər kəsi təkfir edirlər müsəlmanlardan! Bu sözü deyən halallıq almalıdırmı təkfirçiləri müdafiə edən o qardaşdan? Bir Valideyinlə övladı arasında kiçik mübahisə düşüb və valideyin yalançını lənətləyib.Səhvin kimdə olduğunu bilmirlər.Bu lənət keçərlidir? Bunu necə ləğv etmək olar duadan başqa?
Cavab: 

Və aleykum Salam va rahmətullah.

1) Müsəlmanları təkfir etmək (kafir saymaq) dinimizdə çox təhlükəli və böyük günahlardan biridir. Peyğəmbər ﷺ buyurmuşdur: "Bir kəs qardaşına: "Ey kafir!" – deyərsə, bu söz ikisindən birinə qayıdar" (əl-Buxari, 6104; Muslim, 60). Belə şəxsə əvvəlcə şəriət dəlilləri ilə tutduğu yolun yanlış olduğunu bildirmək lazımdır, lakin təhqir və alçaldıcı ifadələrdən çəkinmək daha doğrudur. Əgər nəsihəti qəbul etməzsə, onun özündən uzaq durmaq və başqalarını da ondan çəkindirmək lazımdır. Həmçinin oxuyun:

Təkfir fitnəsi nədir?

Təkfir məsələsində hökmü kim verə bilər?


2) Bir şəxs "Sənin kişiliyində naqislik var" deməklə həmin adamı alçaldıb haqqına girmiş sayılır, o, tövbə etməli və ondan halallıq almalıdır. 


3) Lənət haqsız yerə deyilmişsə, təhlükəlidir. Valideyn tövbə etməli, övladına qarşı haqsızlıq etməməli və Allahdan bağışlanma diləməlidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: