Sayt haqqında

Niyə zikr.az?

      Zikr sözünün mənası yada salma, xatırlama deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (Bəqərə, 152). Allahı zikr etmək Onu xatırlamaq deməkdir. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə belə buyurur: "Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Ta ha, 14).  

      Müasir dövrdə İslam dinini öyrənmək istəyən insanlar bir sıra çətinliklərlə rastlaşırlar. Bu çətinliklərdən biri də İslam haqqında olan əksər saytların yalnız dindən başı çıxan adamlar üçün əlverişli olmasıdır. Bunu nəzərə alaraq İslam dini haqqında anlayışı belə olmayan internet istifadəçiləri üçün yeni sayt açmağı qərara aldıq və Allahın izni ilə buna müvəffəq olduq. Məqsədimiz Quran ayələrinə və Muhəmməd peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - mötəbər hədislərinə əsaslanaraq İslamı olduğu kimi insanlara təbliğ etməkdir. Uca Allahdan bu saytı bütün istifadəçilər üçün faydalı etməsini diləyirik!

Əlaqə

Sayt haqqında irad və təkliflərinizi Facebook səhifəmizə göndərə bilərsiniz.