Bilmədən səhv bir əməli etmək günahdırmı?

    07.08.2014
Sual: 
Salam. Men sizden bir sey sorusmaq isterdim. Eger insan sef bir is tutursa ve sonrdan anlayir ki bu gunahdir bu insana gunah kimi yazilir yoxsa yox?
Cavab: 

Aleykum salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", II; Əbu Davud "Hudud" 17; ət-Tirmizi "Hudud" 1; İbn Məcəh "Talaq" 15-16, №: 2043). 

Paylaş: