qadınlar

Bir qadının evlənməsi mümkün olmayan bir kişiyə qarşı güclü hisslər bəsləməsi günahdırmı?

    26.10.2026
Sual: 
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuhu Əlçatmaz olan birini bəyənirəm,ondan başqasını da istəmirəm ayrı ölkə və tanınmış müsəlman döyüşçüdür,mümkün olmadığını çox gözəl anlayıram,amma qəlbimə söz keçirə bilmirəm ancaq şəkilləri videolar baxıram,yalnız onda yaxşı hiss edirəm az da olsa,görəndə ürəyim yerindən çıxacaq kimi hiss edirəm, düzdü qəribədi,gülməlidi bəlkə də...hətta ona görə göz yaşları tökmüşəm,bunların günah olduğunu bilirəm,lakin əl çəkə bilmirəm uzun müddətdi belədi fikrimi toplaya bilmirəm heç,hər an yadıma düşür Artıq bu özümə də pis təsir edir,həm imkansız olduğunu bi
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bir qadının bilərəkdən naməhrəm bir kişi barədə düşünüb özündə ona qarşı ehtiras hissi oyatması günahdır. Odur ki, sizi ona bağlayan şəkil və videolardan uzaqlaşın! Bu barədə ətraflı oxuyun:

Evləndikdən sonra kişinin həyat yoldaşının lüt bədəninə baxması göz zinası sayılırmı?

    26.10.2026
Sual: 
Salam Aleykum çox üzür istiyirəm bu sualıma görə mənə maraqlı olan şey var mən evlənənnən sonra həyat yoldaşımın lüt halını baxa bilmərəm bu göz zinasıdı yoxsa nədi? üzür istiyirəm bu sualı verdiyim üçün zəhmət olmasa izah edə bilərsiz?
Cavab: 

Və aleykum Salam. Xeyr, ər-arvadın bir-birlərinin lüt bədənlərinə baxması göz zinası sayılmır. Əksinə, ər-arvadın bir-birinin bədəninə baxması icazəlidir. Uca Allah Quranda möminləri vəsf edərək buyurur: "O kəslər ki, övrət yerlərini qoruyurlar,

Qadın geyimləri mağazasında açıq və dar qadın geyimlərini satmaq şəriət baxımından icazəlidirmi?

    19.10.2026
Sual: 
Salam alekum mağaza açıb qadınlar üçün qapalı adi açıq geyimlər satırsan ama qadınlar üçün açıq geyimlər satmaq olar elə açıq geyimlər var həm çöldə geyinilir həm də evdə eləsidə var o açıq geyim çöldə geyinilir indi belə qadınlar üçün açıq geyimlər satmaq olar yoxsa yox?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bir geyimin açıq-saçıq və ya dar olması onun mütləq haram məqsədlə istifadə ediləcəyi demək deyil.

Süni zəka ilə qadın üzünü göstərmədən hicablı geyimdə arxadan görsənən qadın şəkli düzəldib paylaşmaq icazəlidir?

    14.10.2026
Sual: 
Assalamu aleykum. Sosial mediada paylaşım edərkən suni zəka ilə qadın üzünü göstərmədən hicablı geyimdə arxadan görsənən qadın şəkli düzəldib paylaşmaq icazəlidir mi?
Cavab: 

Və aleykum Salam. Əgər süni zəka ilə yaradılan qadın şəkli real bir qadının fotosu deyilsə, üzü görünmürsə, geyimi şəriətə zidd formada bədən cizgilərini göstərmirsə və paylaşımda haram məzmun yoxdursa, belə bir təsvir qadağan deyil. Üzü görünməyən, şəriətə uyğun geyimli, real qadını təqlid etməy

Hicabla çadranın fərqi nədir? Çadranı çıxarıb hicabla davam etmək olarmı?

    14.10.2026
Sual: 
Salam men 2 aydir cadradayam bu geyimi usagligdan beri cox sevirem Ama ozum geyinende rahar olmuram cadrani cixarib kamil hicab baglama davam ede bilerem? Cadrani acmagin gunahi var? Qeyd edimki 20 ildir hicabdayam
Cavab: 

Va aleykum Salam. Qadın üçün əsas olan şəriətə uyğun şəkildə özünü yad kişilərin qarşısında örtməsidir.

Qadın heyz olarsa, ər-arvadın cinsi əlaqə olmadan bir-birindən həzz alması icazəlidirmi?

    07.09.2026
Sual: 
Salam aleykum, qadın heyəti olduqda kişi və qadın cinsi əlaqəyə girmədən yaxınlıq edərək ehtiyaclarını təmin edə bilərlərmi?
Cavab: 

Və aleykum Salam. Bəli, heyz vaxtı ər-arvadın cinsi əlaqə olmadan bir-birindən həzz alması icazəlidir.

Hicabdan uzaqlaşmamaq üçün görünüşümlə bağlı komplekslərimi necə aşım?

    24.08.2026
Sual: 
Salam aleykum qaşlarım qalındı bu güne kimi salonda aldırmışam hec aldırmasam ama qayciyla kesib seliqeye salsam nece oda gunah sayilar? Cunki qaşlarımın tükleri tez uzanır Birdeki men üreyimde sakitlik tapa bilmirem evvel cox imanlı idim indi zeifleyib aileliyem deye qaynanan qaynata er uşaq deyerken ne özüme yetişe bilirem ne ibadətə ve cox huzursuzlaşıram nece edim üzümde bezi deyişiklikler etmek isteyirem olar meni komplekse salır ve fikirleşiremki bele hicaba girsem ümumiyyetle kompleksime göre onun icinde durmaq mene ezab olacaq ve ona göre uzaqıaşmışam
Cavab: 

Və aleykum Salam. Qaşları gözəlləşdirmək və formasını dəyişdirmək məqsədilə aldırmaq qadağandır. Bu barədə ətraflı oxuyun:

Pages