Evləndikdən sonra kişinin həyat yoldaşının lüt bədəninə baxması göz zinası sayılırmı?

    26.10.2026
Sual: 
Salam Aleykum çox üzür istiyirəm bu sualıma görə mənə maraqlı olan şey var mən evlənənnən sonra həyat yoldaşımın lüt halını baxa bilmərəm bu göz zinasıdı yoxsa nədi? üzür istiyirəm bu sualı verdiyim üçün zəhmət olmasa izah edə bilərsiz?
Cavab: 

Və aleykum Salam. Xeyr, ər-arvadın bir-birlərinin lüt bədənlərinə baxması göz zinası sayılmır. Əksinə, ər-arvadın bir-birinin bədəninə baxması icazəlidir. Uca Allah Quranda möminləri vəsf edərək buyurur: "O kəslər ki, övrət yerlərini qoruyurlar,

zövcələri və sahib olduqları cariyələr müstəsnadır. Onlar (buna görə) qınanmazlar" (əl-Muminun, 5-6).  İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə deyir: "Yəni o kəslər ki, övrət yerlərini Allahın haram buyurduğu zina və homoseksual münasibətlərdən qoruyarlar. Onlar yalnız Allahın halal etdiyi zövcələrini və sahib olduqları cariyələri ilə yaxınlıq edərlər. Allahın halal etdiyini edən isə, əlbəttə, buna görə qınanmaz və ona günah yoxdur. Odur ki Uca Allah ayədə belə buyurur: “Onlar (buna görə) qınanmazlar". 

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Öz ayıb yerini həyat yoldaşından başqa hamıdan qoru". (Əbu Davud, 4017; ət-Tirmizi, 2769). 

Teqlər: 
Paylaş: