Süni zəka ilə qadın üzünü göstərmədən hicablı geyimdə arxadan görsənən qadın şəkli düzəldib paylaşmaq icazəlidir?
Sual:
Assalamu aleykum. Sosial mediada paylaşım edərkən suni zəka ilə qadın üzünü göstərmədən hicablı geyimdə arxadan görsənən qadın şəkli düzəldib paylaşmaq icazəlidir mi?
Cavab:
Və aleykum Salam. Əgər süni zəka ilə yaradılan qadın şəkli real bir qadının fotosu deyilsə, üzü görünmürsə, geyimi şəriətə zidd formada bədən cizgilərini göstərmirsə və paylaşımda haram məzmun yoxdursa, belə bir təsvir qadağan deyil. Üzü görünməyən, şəriətə uyğun geyimli, real qadını təqlid etməyən və fitnə doğurmayan süni zəka təsvirinin paylaşılmasında, zahirən, problem yoxdur. Lakin ehtiyat baxımından insan təsviri əvəzinə qeyri-canlı illüstrasiyalardan istifadə etmək daha münasib ola bilər. Həmçinin oxuyun: