Hicabla çadranın fərqi nədir? Çadranı çıxarıb hicabla davam etmək olarmı?
Sual:
Salam men 2 aydir cadradayam bu geyimi usagligdan beri cox sevirem
Ama ozum geyinende rahar olmuram cadrani cixarib kamil hicab baglama davam ede bilerem? Cadrani acmagin gunahi var? Qeyd edimki 20 ildir hicabdayam
Cavab:
Va aleykum Salam. Qadın üçün əsas olan şəriətə uyğun şəkildə özünü yad kişilərin qarşısında örtməsidir. Buraya saçın, boynun və bədənin örtülməsi, geyimin dar və şəffaf olmaması və zinətin nümayiş etdirilməməsi daxildir. Hicab qadının şəriətə uyğun şəkildə örtünməsi üçün istifadə etdiyi paltardır. Çadra isə qadının bədənini daha geniş şəkildə örtən üst geyimidir. Qadın çadranı çıxarıb şəriətə uyğun hicabla örtünməyə davam edə bilər. Çadranı açıb hicaba keçmək heç də günah deyil. Həmçinin oxuyun: