quran

ət-Təkvir surəsinin tranakripsiyasını ərəbcə oxunuşunu yaza bilərsiniz?

    07.09.2026
Sual: 
Salam. Zəhmət olmasa Təkvir surəsinin tranakripsiyasını ərəbcə oxunuşunu yaza bilərsiniz? Çox önəmlidir. Qabaqcadan təşəkkürlər
Cavab: 

Və aleykum Salam. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil. Buna səbəb isə ərəb dilində olan bəzi hərflərin səslənməsinin ana dilimizdəki qarşılığının olmamasıdır.

Quranda keçən "bəlkə", "olsa bilsin" sözlərini necə başa düşək?

    23.08.2026
Sual: 
Salamalekum Allah sizə bərəkət versin.Bəlkə nicat tapasınız izah edərsiniz zəhmət olmasa. Bir çox ayələrdə keçir.Niyə bəlkə deyilir. Nicat tapmış sayılmır konkret. Düzü mənə vacib deyil ancaq iş yoldaşım bizə sual verir ki niyə bəlkə deyilir.Elmimiz çatmadı dolğun bir cavab verək.
Cavab: 

Və aleykum Salam. Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Buna görə də Quranda işlənən لعل (ləallə) və عسى (asə) "ola bilsin", "bəlkə" sözləri ərəb dilində daşıdıqları mənalara, cümlənin məzmununa və mövcud olan dəlillərə əsasən başa düşülür.

əl-Mulk surəsini dəstəmazsız oxusam, Allah bunu qəbul edib mənə mələklər göndərərmi?

    16.07.2026
Sual: 
Mən mülk surəsinin yarısını oxusam ama dəstamazsız Allah bunu qəbul edib mələkləri göndərərmi??
Cavab: 

Əssələmu aleykum. Əgər "əl-Mulk" surəsini əzbərdən, telefondan və ya mushafa (Quran kitabına) toxunmadan oxuyursunuzsa, dəstəmazlı olmanız şərt deyil. Lakin Qurani-Kərimin kitabına (mushafa) toxunaraq oxumaq üçün alimlərin çoxuna görə dəstəmazlı olmaq lazımdır. Ətraflı oxuyun:

Anama Quran öyrətməyəcəyimə and içmişəm, andımı pozub ona yenidən Quran öyrədə bilərəmmi?

    16.07.2026
Sual: 
Vicdan əzabı çəkirəm və yardımınıza ehtiyacım var.Anama Quran əlifbasını öyrədərkən ona dönə-dönə tapşırırdım ki, köhnə dərsi tam təhvil verməmiş yenisinə keçməsin və tələsməsin.Lakin canım anam məni dinləmir,tələsirdi.Bir dəfə hirslənib qəsdən and içdim ki,əgər bir də belə etsən, daha sənə öyrətməyəcəm.Anam yenə eyni addımı atdıqda dərsi yarımçıq saxladım və and içdiyim üçün artıq davam edə bilməyəcəyimi dedim.İndi isə ürəyim çox sıxılr.Həm anama qarşı etdiyim bu hərəkətə,həm də Allaha qarşı çox utanıram.
Cavab: 

Əssələmu aleykum. Anaya yaxşılıq etmək Allahın ən böyük əmr etdiyi əməllərdəndir, ona görə də onu Qurana öyrətmək kimi xeyirli işi tərk etmək doğru seçim deyil. Əgər Allahın adı ilə and içmisinizsə, sonra daha xeyirli olanın andı pozmaq olduğunu görmüsünüzsə, andınızı pozun və kəffarəsini verin.

"Allahın Əli" dedikdə "qüvvət" nəzərdə tutulurmu?

    29.05.2026
Sual: 
Əssalamu aleykum.Siz deyirsiz ki Quranda Allahin əli ilə bagli ayələri Allahin əli kimi basa düşməliyik. Əşarilər,və Matrudilər soyleyirlerki Quranda Allahin əli kimi kecen ayeli Allahin qüdrəti kimi basa düşməliyik, Əlləri Allahin əli kimi qəbul etsek bir ayeye göre Allahin əlləri iki dənədən cox deyil basqa ayeye gore Allahin əlləri 2 dənədən coxdur. Əşarilər burada haqlidi Aciq askar. Siz Sələfilər surə 38 aye 75 de iki Əlimlə kecen kelmeni əl kimi qebul edib deyirsiz ki iki əli bir qüdrətə yozmag olmaz.
Cavab: 

Və aleykum Salam. əz-Zəriyat surəsinin 47-ci ayəsində keçən بِأَيْدٍ "biəydin" sözü ərəb dilində أَيَّدَ "gücləndirmək, qüvvətləndirmək" mənasını verən "əyyədə" feilinin məsdəridir. أَيْدٌ "əydun" sözünün mənası "qüvvət, qüdrət" deməkdir.

Allahın şəri və kövni ayələri hansılardır?

    20.05.2026
Sual: 
Essalamu aleykum və rahmətullahi və bərakətuhu. Ewitdiyim qederi ile Quran ayeleri 2 yere bölünür. Şəri ve kaini bu haqqda məlumat vere bilersizmi?
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bəli, alimlər Quran ayələrini deyil, Allahın ayələrini iki qismə bölmüşlər: şəri ayələr və kövni ayələr. Şəri ayələr vəhydir. Quran ayələri və Allahın din, əmr və qadağalarıdır; insanlar bunlarla hidayət olunur.

Tərcüməli kitabdan ərəbcə Quran oxuyanda mushaf oxumuş sayılır və hər hərfə on savab verilirmi?

    10.04.2026
Sual: 
Əssalamualeykum. Sualım ondan ibarət idi ki, əgər əlimdə eyni ayə həm ərəbcə, həm də onun tərcuməsi (Azərbaycanca) olan bir kitab varsa, və mən də bu kitabdan ƏRƏBCƏ oxusam, mushaf oxumuş sayılıram? Yəni hər hərfə 10 savab düşürmü belə halda? Yoxsa mütləq təkcə ərəbcə yazılan kitabdan oxunulmalıdır? Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Qurani-Kərimi ərəbcə oxumaq, fərq etməz, istər təkcə ərəbcə mushafdan, istərsə də yanında mənaca tərcüməsi olan kitabdan olsun, yenə də Quran oxunuşu sayılır və hər hərfinə görə on savab yazılır. Əsas olan oxunanın Allahın Kəlamı olmasıdır. Tərcümənin yanında olması bu savabı ar

Pages