əl-Mulk surəsini dəstəmazsız oxusam, Allah bunu qəbul edib mənə mələklər göndərərmi?

    16.07.2026
Kimdən: 
Məryəm
Sual: 
Mən mülk surəsinin yarısını oxusam ama dəstamazsız Allah bunu qəbul edib mələkləri göndərərmi??
Cavab: 

Əssələmu aleykum. Əgər "əl-Mulk" surəsini əzbərdən, telefondan və ya mushafa (Quran kitabına) toxunmadan oxuyursunuzsa, dəstəmazlı olmanız şərt deyil. Lakin Qurani-Kərimin kitabına (mushafa) toxunaraq oxumaq üçün alimlərin çoxuna görə dəstəmazlı olmaq lazımdır. Ətraflı oxuyun:

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı? 

 

əl-Mulk surəsinin fəziləti barədə gələn hədislər onun oxunmasını təşviq edir və bildirir ki, əl-Mulk surəsini yatmazdan əvvəl oxumaq qəbir əzabından qoruyur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) həmçinin demişdir: "Həqiqətən, Allahın Kitabında cəmi otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb Cənnətə girməsinə şəfaət etdi”. (əl-Hakim, 3838). Bu barədə ətraflı oxuyun:

 

Lakin "əl-Mulk" surəsini oxuyana mütləq mələklər göndərilər" şəklində səhih bir dəlil yoxdur. İbadətlərin qəbul olunması üçün ibadət həm ixlasla, həm də sünnəyə uyğun yerinə yetirilməlidir. Buna görə də əl-Mulk surəsini ixlasla oxuyun, qəbulunu isə Allahdan istəyin və səhih dəlillərlə sabit olmayan fəzilətlərə etiqad etməyin.

Teqlər: 
Paylaş: