təmizlənmə

Şəhvət hissi keçirərkən övrətdən gələn maye qüslü pozurmu?

    11.08.2026
Sual: 
Salam alekum Mən qıznan normal söhbət ederkən özümdən asılı olmayaraq şəhvət hissi girirem ve mende bir iki damcı maye gelir bu boynuma qusul getirir mi ve namaz destnamazi pozurmu necə etməliyəm məlumat verersiz çox xaiş edirəm
Cavab: 

Və aleykum Salam. Şəhvət zamanı övrət yerindən gələn yapışqan maye "məzi" adlanır. Məzi gələrsə, qüsl almağa ehtiyac yoxdur. Sadəcə övrət yerini yumaq, alt paltarını dəyişmək və dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

Sidiyə çıxdıqldan sonra gələn damcıların paltara keçməsinin qarşısını almaq üçün nə etmək olar?

    09.08.2026
Sual: 
Məndə sidik ifrazından sonra kanalda sidik qalması (post-micturition dribbling) problemi var. Çömələrək normal şəkildə sidiyə çıxıram. Lakin proses bitdikdə əzələlərimi sıxdıqda, kəsilmək əvəzinə kanaldan sürətlə 50-100 ml əlavə sidik gəlir. Kanalın altına əlimlə basdıqda da sidik çıxır. Yuyunub ayağa durduqdan sonra isə növbəti 20-30 dəqiqə ərzində hərəkət etdikcə (oturub-durduqca) xırda damcılar halında sidik gəlməyə davam edir. Yalnız bu müddət bitdikdən sonra axıntı tam dayanır və dəstəmaz alıb namaz qıla bilirəm.
Cavab: 

Əssələmu aleykum. Əgər sidiyin damcı-damcı gəlməsi həqiqətən 20–30 dəqiqə davam edir və bu müddət ərzində tam kəsilmirsə, onda tələsməyin, axıntının dayanmasını gözləyin, sonra yuyunub dəstəmaz alaraq namazınızı qılın.

Üzümdə dərman olduğu üçün dəstəmaz alarkən dərman olmayan hissələri yumağım kifayət edərmi?

    16.07.2026
Sual: 
Uzume derman vururam deye cebire destmazi aliram. uzumu yumuram o zaman yeni derman olmayan yerlerden gözume göz altima su vururam bu duzgundur
Cavab: 

Əssələmu aleykum. Əgər üzünüzdəki dərman suyun ona çatmasının zərər verəcəyini həkim bildirib və ya bunu təcrübənizlə bilirsinizsə, həmin yerə su vurmamağınız icazəlidir. Üzün sağlam hissələrini normal şəkildə yumağınız doğrudur.

Heyzdən əvvəl və sonra gələn ləkəli axıntılar heyz sayılırmı?

    28.06.2026
Sual: 
Salam aleykum. Sualıma görə üzr istəyirəm. Heyz vaxtı olanda 1 gün ləkəli axıntı gəlir sonrakı gün normal ya da elə ləkəli olur. 3cü gündən tam heyz olmuş oluram və heyz bitən vaxı da belə olur bu halda mən namazlarımı saxlamalıyam yoxsa qılmalıyam. Buna görə içimə çox şübhə düşür.
Cavab: 

Və aleykum Salam. Əgər bu ləkəli axıntı adət etdiyiniz heyz günlərinin əvvəlində və ya sonunda gəlirsə və sonra heyz qanı ilə birləşirsə, o zaman heyzdən hesab olunur və namaz qılmırsınız. Həmçinin heyzin sonunda gələn qəhvəyi ləkələr heyzdən sayılır.

Ayaq üstə olarkən cinsi orqandan çıxan damcı nəcis sayılırmı?

    03.06.2026
Sual: 
Salam bezen ayağ üstə olanda öz özünə cinsi orqandan damcı çıxır uje 2 defe olub məndə alt paltarımı deyişdim Namaza görə nədən olar?
Cavab: 

Və aleykum Salam. Ayaq üstə olarkən cinsi orqandan öz-özünə çıxan şəffaf və az yapışqan maye "məzi" adlanır. Məzi, insanın daxilində şəhvət hissi oyandıqda və ya ona aparan səbəblər meydana gəldikdə, bədənin təbii şəkildə ifraz etdiyi şəffaf mayedir.

Üzümə müalicə üçün dərman vurduğuma görə dəstəmaz yerinə təyəmmüm edə bilərəm?

    19.05.2026
Sual: 
Mənim üzümdə sızanaqlara görə həkimə getmişdim dərman yazdimene iki dənə.Heresini gündə iki dəfə dörd saat fərqlə vurmaliyam sonra üzümü yumaliyam.Men namaz qılanda üzümdə dərmanlara görə dəstəmaz almayıb təyəmmüm edə bilərəm?
Cavab: 

Əssələmu aleykum. Əgər su dərmana zərər verirsə və ya sağalmağı gecikdirirsə, o zaman üz hissəsini yumadan digər əzaları yuyub həmin yer üçün təyəmmüm edə bilərsiniz. Əgər zərər yoxdursa, normal şəkildə dəstəmaz almaq vacibdir. Həmçinin oxuyun:

Boynunda həm cənabət, həm də heyz olan qadın bunlardan birinə niyyət edərsə digəri üçün keçərlidirmi?

    11.05.2026
Sual: 
həm heyz həmdə cənabət qüsulu almalıydım. ancaq cənabət üçün almağı unutdum. birbaşa heyz qüsulu aldım. İndi cənabət qüsulu almalıyam? Ümumiyyətlə həm heyz jəm canəbət üçün birdən alarkən necə niyyət edək sadəcə heyzə niyyət etsəkdə olar?
Cavab: 

Əssələmu aleykum. Boynunda həm cənabət, həm də heyz olan qadın üçün bir qüsl həm heyz, həm də cənabətə kifayət edir. İstər hər ikisinə birlikdə niyyət etsin, istərsə də qüslündə yalnız birinə niyyət etsin. Ətraflı bu cavabları oxuyun:

Paltarın natəmiz olması ilə bağlı vəsvəsələr məni yorur – bu vəziyyətdən necə qurtulum?

    07.05.2026
Sual: 
Salam mende paltara qarsi takintilar var geydiyim paltari bir Anda soyunub tezesin geynirem suphe beynime yeyir nemlik var kimi his edirem kimse mene ele bil deyir get deyis deyisirem cox yorulmusam bu vezyetden eynidi cixararken bele hamisin deysiirem hem ozume yaziq edirem hemde paltara ne edim bilmirem mene komek edin nolar
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Pages