namaz

Müsəlman qalasında gələn səcdə, rüku, salamdan qabaq olan bütün duaları hər namazımızda davamlı edə bilərik?

    07.11.2026
Sual: 
السلام عليكم ورحمة الله وبركاته Müsəlman qalasında gələn səcdə, rüku, salamdan qabaq olan bütün duaları hər namazımızda davamlı edə bilərik? bildiyim qədəri ilə sünnədə gələn duaları həmişə demək yaxşı deyil dəyişdirin sünnə kimi olmasın deyilirdi müsəlman qalasında gələnləri isə edə bilərik hər zaman? əgər elə isə, rükudakı gələn 5 duanı edəndən sonra səcdədə qaldığımız müddəttən uzun qalmaq üçün sünnədən fərqli dualarla dualarımızı artıra bilərik rüku halında? جزاكم الله خيرا
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Müsəlman qalasında gələn səcdədə, rükuda və salamdan qabaq deyilən bütün zikrləri namazda cəm edərək davamlı şəkildə demək icazəlidir.

Hamiləlik səbəbindən bir müddət namaza ara verə bilərəmmi?

    06.11.2026
Sual: 
Salam üzür isdeyirem mən hamileyem halm olmur ürəyim bulanir namazi geckdrem yoldasmda naamz qilandi her defe qilanda deir gel halm olmur bezen bir muddet men ara vere bilerm ya olmaz ??
Cavab: 

Və aleykum Salam. Uca Allah bətninizdəki övladı sağlam, saleh və gözünüzün nuru etsin, hamiləliyinizi asanlaşdırsın!

Nafilə namazları qadir olduğu halda oturaraq qılmaq olarmı?

    26.10.2026
Sual: 
Salam aleykum.her gun qılınan 12 nafile namazlarını oturaraq qılmaq(heç bir özür olmadan)sünnedir?
Cavab: 

Və aleykum Salam. Nafilə namazlarını oturaraq qılmaları icazəlidir. Lakin Peyğəmbərdən ﷺ gələn hədislərə əsasən, oturaraq qılınan nafilə namazın savabı ayaq üstə qılınan namazın savabının yarısı qədərdir.

Fərz və nafilə namazlarında qunut tutmaq olarmı?

    26.10.2026
Sual: 
السلام عليكم ورحمة الله وبركاته Belə müsibətlər zamanı qunut tutmaq istəyiriksə hər fərz namazında sadəcə 1 rükətində mi edilir? Yəni hər namazda 1 dəfə? (Elə isə hansı rükətdə etmək yaxşıdır?) Həm fərz həm sünnət namazlarında edə bilərik? Fərz namazlarında qunut dualarını əzbərləyənə qədər hələ əlləri açmadan öncə uzanıb telefonu götürmək və ordan oxumaq kimi hərəkətlər etmək namazımıza xələl gətirər mi? Və sadəcə ərəbcə dualar edilməlidir? جزاكم الله خيرا
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qunut duası müsəlmanlara üz verən ciddi müsibətlər zamanı Allahdan yardım diləmək üçün namazda edilən duadır.

Cümə namazının qılınma qaydasını bilmədiyim üçün imamın hərəkətlərini təkrarladım, sözləri isə demədim, bu doğrudurmu?

    19.10.2026
Sual: 
Salam menim size bir sualım olacagdi men normalda namaz qiliram amma cume namazina hec gedmemisdim kecen hefte ilk defedi getdim qilinma qaydasini bilmirdim tam olaraq orda dedilerki birinci ruketi demirik sesli qalanlarini bizde deyirik tam anlamadim men namaz boyunca herkesin etdiyi hereketleri eledim amma sozlerini demedim namazin tekce hereketleri sualim budur ki bele qilinir cume namazi? Yeni sadece hereketleri elesek olar? Cume namazinin sozleride ferqlidi bilmirem ve cume namazinda niyyet etdikde ne demeliyik? Yeqinki onuda dilimizle demeliyik zehmet olmasa cavablayardiz
Cavab: 

Və aleykum Salam. Cümə namazı iki rükətdir və imamın xütbəsindən sonra camaatla qılınır. Cümə namazında yalnız hərəkətləri etmək kifayət deyil. İmam qiraəti (namazda olan Quran oxunuşunu) səslə oxuyur. İmamın arxasında əl-Fatihə surəsi oxunmur.

İslamda mütləq bir firqə seçmək lazımdırmı? Mehdi haqqında səhih rəvayətlər nə deyir?

    14.10.2026
Sual: 
Salam. Uşaqlıqdan namaz qılıram, əliaçıq şəkildə, möhürlə. Mənim üçün fərqi yoxdur, əliaçıq, əlibağlı, ürəkdən namaz qılan hər kəsi sevirəm, dosr görürəm. Bəzi quranda açıq olmayan mövzularda dinləyirəm sünnilikdə şiəlikdə hamsı məntiqimə uyğundursa, onu qəbul edirəm. Mənim qçün Allaha, Qurana, peyğəmbərə (s.ə.s) saf sevgi hər şeydən önəmlidir. Bəziləri isə deyir yox, dəqiq bir yol seçməlisən. Bu doğrudur? Bir də Mehdi (ə) haqda nə deyə bilərsiniz?
Cavab: 

Və aleykum Salam. Mehdi Əhli-beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir.

Oturaq halda namazı xalçada və stulda necə düzgün qılmaq olar?

    03.10.2026
Sual: 
Oturaq namaz qılmağın qaydalarını bilmək istərdim.xalca üzərində yaxud stulda necə oturmalı,əllər,ayaqlar necə qoyulmalı və s addım addım izah edin. Təşəhhüd də və dualarda(2 ci 4 cü rəkətdə,3 təkərli namazda 3 ve rəkətdə barmaq nə vaxt qalxıb endirmək lazımdır?
Cavab: 

Əssələmu aleykum. Oturaraq namaz qılmaqda əsas məsələ insanın bacardığı qədər namazın hərəkətlərini yerinə yetirməsidir.  Əgər insan namazı ayaq üstə başlaya bilərsə, bunu etməli, sonra isə yerinə yetirə bilmədiyi əməlləri (rüku, səcdə) oturaraq etməlidir. Əgər ayaq üstə durmaq mümkün deyil, amma

əl-Qiyamə sirəsinin 31-ci ayəsi namaz qılmayanın kafir olmasına dəlalət edirmi?

    25.09.2026
Sual: 
Salam Aleykum. Bəzi alimlər deyirlər ki, hər namaz qılmayana kafir demək olmaz. Amma Uca Allah Qiyəmə 31-də buyurur ki, o kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Cavablandırdığınız üçün çox sağolun
Cavab: 

Və aleykum Salam. əl-Qiyamə surəsi 31-ci ayədə nəzərdə tutulan kafir namaz qılmamaqla yanaşı Quranı və haqqı yalan saymışdır. Onun Cəhənnəmə düşməsinə səbəb də məhz bu olmuşdur. Odur ki növbəti ayədə Uca Allah belə buyurur: "O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.

Əsr namazını Məğribə az qalmış qılmaq icazəlidirmi?

    18.09.2026
Sual: 
Salam. Mən bərbər işləyirəm gündə 5 defe Namaz qılıram Sübh Namazı qılıram gəlirəm işə iş yerim evimin yanındadı Zöhr Azanı veriləndə gəlirəm evdə qılıram sora gedirəm Məğrib Azanına az qalmış gəlirəm Əsr Namazın qılıram zikr edirem sora Məğrib Azanı verilir Məğribidə qılıram amma qəza olmur düzgündü bu ?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz şəkildə namazlarınızı vaxtları daxil olduqdan sonra və vaxt çıxmamış qılırsınızsa, namazlarınız səhihdir və qəza sayılmır. Lakin Əsr namazını səbəbsiz olaraq son vaxtına (Məğribə yaxın vaxta) gecikdirmək günah sayılır.

Pages