Nafilə namazları qadir olduğu halda oturaraq qılmaq olarmı?
Və aleykum Salam. Nafilə namazlarını oturaraq qılmaları icazəlidir. Lakin Peyğəmbərdən ﷺ gələn hədislərə əsasən, oturaraq qılınan nafilə namazın savabı ayaq üstə qılınan namazın savabının yarısı qədərdir. Buna görə də insan gecə təhəccüd namazını, fərz namazlarından əvvəl və sonra qılınan sünnələri, yaxud duha namazını, ayaq üstə namaz qılmağa gücü çatdığı halda belə, oturaraq qıla bilər. Ancaq bu zaman ona namazın savabının yarısı yazılar.
Fərz namazlarına gəlincə, insanın gücü çatırsa, onları ayaq üstə qılması vacibdir. Yalnız xəstəlik səbəbindən buna gücü çatmadıqda oturaraq qılmasında heç bir qəbahət yoxdur. Əks halda, namazı ayaq üstə qılmaq vacibdir. Uca Allah buyurur: "Namazları, (xüsisilə) orta namazı qoruyun və Allah üçün müti olaraq (namaza) durun" (əl-Bəqərə, 238). Yəni namazı ayaq üstə qılın. İmran ibn Huseyndən (Allah ondnan razı olsun) rəvayət olunan səhih hədisdə Peyğəmbər ﷺ buyurmuşdur: "Namazı ayaq üstə qıl. Buna gücün çatmasa, oturaraq qıl. Buna da gücün çatmasa, böyrü üstə qıl. Buna da gücün çatmasa, uzanmış halda qıl!" (Səhih əl-Buxari, 1050, 1117). Nafilə namazlarını isə insanın ayaq üstə qılmağa gücü çatdığı halda belə, oturaraq qılması icazəlidir. Lakin bu zaman ona savabın yarısı yazılar. Odur ki ayaq üstə qılmağa qadir olduğu nafilə namazlarını ayaq üstə qılmaq daha yaxşıdır. Əgər yorğun olarsa, bu halda oturaraq qıla bilər. Həmçinin oxuyun: