Namaz əsnasında beynimə sanki namazı səhv qılıram kimi fikirlər gəlir, bundan necə xilas ola bilərəm?
Və aleykum Salam. Sualda qeyd etdiyiniz hallar şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməyin və ibadətinizi davam edin. Şeytan namazda və digər ibadətlərdə bu cür vəsvəsələr verərək insanın fikrini Allaha ibadət etməkdən yayındırmaq və onu ümidsizliyə salmaq istəyir.