Xalça üzərində namaz qılmaq olarmı?
Sual:
Assalamu Aleykum Rahmatullah və Barəkatuh. Allah sizden razı olsun. 1. Peyğember sallallahu aleyhi vesellem parça ve ya xalçada (həsir deyil) namaz qıldığı ilə əlaqəli dəlillər varmı? Men baxdim ancaq açıqcası burada da rastlamadım. 2. Eğerki Quran Peygemberin sav zamanindan sonra yigilibsa o zaman bu o demekdirki heyzli olan şifahi şekilde de Quran oxuya bilmez axi. Çünki Peygember sav o hedisi deyende Quran şifahi şekilde idi hele yiğilmamisdi. 3. Sehih Müslim 513 hedisini oxudum ancaq anlamadim zovcesi Peygemberin sav qabagindami uzanmisdi? Axi namaz qilanin onunde qadin olsa namaz pozulmurmu? O hedisi açıqlaya bilersinizmi? Çox sağolun Allah elminize bereket versin ve sizden razi olsun
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Bu cavabı oxuyun:
2) Quran Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə yığılmasa da dəri və sümük lövhələr üzərində yazılı şəkildə mövcud idi. Ömərin (Allah ondan razı olsun) dövründə bu yazılar bir yerə cəmləndirlidi, Osmanın (Allah ondan razı olsun) dövründə isə kitab halına salındı. Ətraflı oxuyun:
3) Hədis belədir: Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyat yoldaşı Məymunə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim yanımda namaz qılardı. Bəzən səcdə edərkən paltarı mənə dəyərdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) canamaz üzərində namaz qılardı. (əl-Buxari, 379. Muslim, 513).
Bu hədisdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi onun yanında olub, qabağında deyil.