Təhəccüd namazı qılmaq üçün gecəni yatmayıb oyaq qalmaq olarmı?
Və aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yalnız Ramazan ayının son on gecələrində, yəni Qədr gecəsi ehtimal olunan gecələrdə təhəccüd namazı qılmaq və gecəni ibadətlə keçirmək üçün oyaq qalırdı. Adi günlərdə isə gecənin bir hissəsini yatır, bir hissəsini isə ibadətlə keçirirdi. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir gün üç nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələrinin evinə gəlib onun ibadəti haqqında soruşdular. Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bundan daha az ibadət etdiyini başa düşürdülər. Lakin onlar işin həqiqətini bildikdə, "biz hara Peyğəmbər (salləllahu aleyhi və səlləm) hara!? Onun bütün keçmiş və gələcək günahları bağışlanıb!" - deyərək özlərinə sual verdilər. Onlardan biri dedi: Bundan sonra mən daima gecələri namaz qılacağam. O biri dedi: Mən il boyu oruc tutacam, bir gündə olsun iftar etməyəcəm. Digəri isə dedi: Mən isə qadınlardan uzaq durub heç vaxt evlənməyəcəyəm. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəldi və dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun ki, mən sizin aranızda Allahdan daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən imtina edərsə məndən deyildir" (Buxari: 5063. Müslim: 1401). Həmçinin oxuyun: