Bir nəfəri əzizləmək üçün ona "mələyim" demək olarmı?
Və aleykum Salam.
1) Pişik təmizdir, nəcis sayılmır. Onun tükü də təmiz sayılır. Allah Elçisi ﷺ buyurmuşdur: "Pişik murdar deyil. O, sizin evlərinizdə dolaşan (sizə yaxın olan) canlılardandır” (Əbu Davud, 75; ət-Tirmizi, 92; ən-Nəsəi, 68; İbn Macə, 367). Ətraflı oxuyun:
Üzərində pişik tükü olan paltarda namaz qılmaq olarmı?
2) "ət-Tövbə" surəsi istisna olmaqla, yerdə qalan surələrin əvvəlində "Bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) deyilir. Lakin əgər səhvən və ya unudularaq deyilməzsə, buna görə səhv səcdəsi etməyə ehtiyac yoxdur.
3) Sualda qeyd etdiyiniz hədisdə həm kişilər, həm də qadınlar nəzərdə tutulur. Ümumiyyətlə Cənnət və Cəhənnəm barədə gələn ayə və hədislər həm kişilərə, həm də qadınlara aiddir.
4) "Mələyim" sözünü işlətmək, insanı mələklərə bənzətmək mənası daşıyır və düzgün deyil.
5) Bu cavabları oxuyun: