axirət

Qəbir əzabının müddəti varmı və ölən insan üçün qəbir əzabından qorunması barədə dua etmək düzgündürmü?

    16.05.2026
Sual: 
Qebr ezabının müddeti varmi?anam 1 ildi dunyasını deyisib dualarimda onuncun qebr ezabindan cehennem ezabindan qoru deye dua edirem.bilmek isteyirem duzmu edirem.Allah butun dunyadan köcenlerin gunahlarini bagislasin
Cavab: 

Əssələmu aleykum. Qəbir əzabı qeybi bir aləm olduğu üçün bu barədə yalnız Quran və Hədislərdə olan dəlillərə görə bir söz demək olar. Quran və Hədislərə əsasən demək olar ki, Qəbr əzabı insanlar üçün eyni olmur.

Namaz qılmayan, habelə içki içən insana elədiyi saleh əməllərə görə savab yazılırmı?

    15.03.2026
Sual: 
Salamaleykum. Namaz qılmayan insanın elədiyi savablar o dünyasına savab kimi yazılırmı? Və içki içən adamın da həmçinin bu dünyada elədiyi savablar o dünya üçün yazılırmı?deyirlər Allah bu dünyada əvəzini Verir, amma o dünyası üçün yazılmır. Yazılırmı? Çox sağ olun. Allah razı Olsun.
Cavab: 

Və aleykum Salam. Namaz qılmamaq böyük günahlardan biri olsa da, insanı İslamdan çıxarmır. Odur ki, namazın vacibliyini iqrar edən, lakin səhlənkarlıqdan namaz qılmayan şəxs Allah üçün ediyi əməllərə görə savab qazanır.

İslamı ciddi yaşamağa başladıqdan sonra dünyaya qarşı zövqü itirirəm, bu hal nədir?

    28.01.2026
Sual: 
Salam aleykum.Men islami esl menada yasadigdan sonra cox deyisdim. Kecirdiyim hisslerin ne oldugunu bilmirem.Evvelheyat rengliidi maragli idi. Indi hecneden zovg almiram. Teztez tek qalib dusunurem. Semaya baxiram yere baxiram planeti ayi gunesi. Hersey cox vahime verir. Semaya baxiram nece qusursuz, mukemmel. Ölumu dusunurem, ölen insanlari, yox olanlari. Hersey Allahin ayeleridir. Ölumden qorxuram. Ibadet edirem ama cox azgelr gunahlarim sanki belimde dasiya bilmediyim bir yuk. Teztez sebebini bilmeden aglamalar gelir.
Cavab: 

Və aleykum Salam. Bu hal imanın artması ilə insanda yaranan təqvadır, yəni Allah qorxusudur. İslam alimləri bildirmişlər ki, iman artdıqca insan Axirət barədə daha çox düşünür, dünya insanın gözündə kiçilir, insanın günahları ona ağır gəlir.

Həyətdə dəfn edilmiş uşağın qəbrini qəbiristanlığa köçürmək olarmı?

    19.12.2025
Sual: 
Salam aleykum..bele bir sualım var iller önce vaxtından önce (7 aylıq) körpe ölü doğlub ve heyete basdırılıb indi onu çıxarıb qebirstanlıqa basdırmaq olarmı?
Cavab: 

Və aleykum Salam. Qəbri bir yerdən başqa yerə köçürmək yalnız zəruri hallarda, yaşadığınız ərazinin baş din xadiminin (müfti, axund və s.) icazəsi ilə mümkündür. Həmçinin oxuyun:

Pages