Vəfat edən insanın adından sədəqə vermək və yardım etmək savabdırmı və ona faydası çatırmı?
Və aleykum Salam. Bəli, vəfat etmiş insanın adından sədəqə vermək və onun üçün dua etmək şəriətdə buyurulan əməllərdəndir və bunun savabı Allahın izni ilə ona çatır. Səhih hədisdə bir səhabə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etmiş anasının adından sədəqə verib-verməyəcəyini soruşduqda, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Bəli" buyurmuşdur. (Buxari, 1388; Muslim, 1004). Ona görə nənənizin adından kasıba yardım etmək, yemək vermək, sədəqə vermək və onun üçün dua etmək gözəl əməllərdəndir. Həmçinin onun üçün "Allahım, onu bağışla, ona rəhm et" deyə dua etmək çox mühümdür.
Amma "ehsan" adı ilə xüsusi olaraq müəyyən günlərdə və ya müəyyən mərasim formasında bunu etmək doğru deyil. Sadəcə Allah rizası üçün sədəqə verib savabını vəfat edən üçün niyyət etmək kifayətdir. Məsələn: "Allahım, bu sədəqənin savabını vəfat etmiş nənəmə çatdır və onu bağışla" deyə bilərsiniz. Həmçinin oxuyun: