İslamı ciddi yaşamağa başladıqdan sonra dünyaya qarşı zövqü itirirəm, bu hal nədir?

    28.01.2026
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum.Men islami esl menada yasadigdan sonra cox deyisdim. Kecirdiyim hisslerin ne oldugunu bilmirem.Evvelheyat rengliidi maragli idi. Indi hecneden zovg almiram. Teztez tek qalib dusunurem. Semaya baxiram yere baxiram planeti ayi gunesi. Hersey cox vahime verir. Semaya baxiram nece qusursuz, mukemmel. Ölumu dusunurem, ölen insanlari, yox olanlari. Hersey Allahin ayeleridir. Ölumden qorxuram. Ibadet edirem ama cox azgelr gunahlarim sanki belimde dasiya bilmediyim bir yuk. Teztez sebebini bilmeden aglamalar gelir. Dusunuremki cennet gozeldi, herkes ora dusmek isteyer ama menim ucun Allahin meni bagislamasi en boyuk mukafatdi. Bu hisler nedir blmrem mene nesihet edin cox xahis edirem.
Cavab: 

Və aleykum Salam. Bu hal imanın artması ilə insanda yaranan təqvadır, yəni Allah qorxusudur. İslam alimləri bildirmişlər ki, iman artdıqca insan Axirət barədə daha çox düşünür, dünya insanın gözündə kiçilir, insanın günahları ona ağır gəlir. Lakin insanda Allah qorxusu ilə yanaşı Allahın mərhəmətinə ümid də olmalıdır. Ümid və qorxu bərabər olmalıdır. Əgər qorxu ümidi üstələyərsə, bu insanda ümidsizliyə gətirib çıxara bilər. Tək qorxu insanı ümidsizliyə, tək ümid isə arxayınlığa aparır. Bu barədə ətraflı oxuyun:


Günahdan qorxmaq yaxşı haldır, amma özünü bağışlanmaz görmək şeytandandır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz". (əz-Zumər, 53-54).
Böyük alim İbn Qeyyim (Allah ona rəhmət etsin) insanda ümid və qorxunu vəsf edərək belə deyir: "Qəlbin Allaha gedən yolu quş kimidir: baş – məhəbbət, iki qanad isə qorxu və ümiddir. Baş sağlam, qanadlar bərabər olsa, quş düzgün uçar. Qanadlardan biri müvazinəti itirərsə, quş həlak olar" (Mədaricus-Salikin). 
Paylaş: