İblis Qiyamətin baş verməsini haradan bilirdi?

    15.02.2026
Kimdən: 
Rauf
Sual: 
Şeytan qiyametin olacagin hardan bilirdi bele sual verdiler mene
Cavab: 

Əssələmu aleykum. Uca Allah Quranda belə buyurur: "(İblis) dedi: “Ey Rəbbim! Onların diriləcəkləri günə qədər mənə möhlət ver" (əl-Hicr, 36). Bu ayədən görünür ki, İblis Qiyamətin qopacağını bilirdi. İblisin Qiyamət gününün mövcudluğunu bilməsi Uca Allahın cinlər aləminə göndərdiyi elçilər vasitəsilə olmuşdur. Bu isə Adəm (əleyhissəlam) yaradılmamışdan əvvəl olmuşdur. İnsanlardan əvvəl yer üzündə cinlər yaşamışlar və Uca Allah onlara da elçilər göndərmişdir. Uca Allah buyurur: "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər" (əl-Ənam, 130). Uca Allah onlara da elçilər göndərmişdir. Adəm yaradıldıqdan və yer üzünə göndərildikdən sonra isə elçilər Adəmin nəslindən olaraq həm insanlar, həm də cinlər aləminə göndərilməyə başlandı. 

Teqlər: 
Paylaş: