Qəbir əzabının müddəti varmı və ölən insan üçün qəbir əzabından qorunması barədə dua etmək düzgündürmü?

    16.05.2026
Kimdən: 
,
Sual: 
Qebr ezabının müddeti varmi?anam 1 ildi dunyasını deyisib dualarimda onuncun qebr ezabindan cehennem ezabindan qoru deye dua edirem.bilmek isteyirem duzmu edirem.Allah butun dunyadan köcenlerin gunahlarini bagislasin
Cavab: 

Əssələmu aleykum. Qəbir əzabı qeybi bir aləm olduğu üçün bu barədə yalnız Quran və Hədislərdə olan dəlillərə görə bir söz demək olar. Quran və Hədislərə əsasən demək olar ki, Qəbr əzabı insanlar üçün eyni olmur. Bu, insanın imanına, əməlinə və Allahın rəhmətinə bağlıdır. Bəzi möminlərin günahlarına görə müəyyən qədər əzab görməsi, sonra isə Allahın rəhməti ilə ondan qurtulması mümkündür. Odur ki, dinimiz ölən müsəlman üçün dua etməyə, bağışlanma diləməyə və onun adından sədəqə verməyə təşviq etmişdir. Ananız üçün "Allahım, onu qəbir əzabından və Cəhənnəm əzabından qoru" deyə dua etməyiniz doğrudur.

Allahdan diləyirik ki, ananıza rəhm etsin, qəbrini geniş və nurlu etsin, onu bağışlanan qullarından etsin! Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: