Qəbir əzabından necə qorunmaq olar?

    10.08.2019
Kimdən: 
Şəfa
Sual: 
Qebir ezabınnan nece qurtulmag olar?
Cavab: 

Salam aleykum. Uca Allaha iman gətirdikdən sonra Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə qəbir əzabından qorunmaq olar. Uca Allah buyurur: "Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi". (Fussilət, 30-32).

Həmçinin, səhih hədislərdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlmanı qəbir əzabından qorumasına səbəb olan bəzi əməlləri qeyd etmişdir. Belə ki, Allah yolunda sərhəddə keşik çəkmək barədə Peyğəmbər demişdir: "Allah yolundan keşik çəkən hər bir müsəlmanın Qiyamət günü ona əməli göstərilər və o, qəbir əzabından əmin-amanlıqda olar". (Səhih Sunən ət-Tirmizi və Səhih Sunən Əu Davud).

Həmçinin, Peyğəmbər Allah yolunda şəhid olanın qəbir əzabından qorunması haqda xəbər verərək demişdir: "Şəhidə verilmiş altı üstün cəhət vardır; Yarasından axan ilk damla qanı ilə bağışlanar. Ona Cənnətdəki yeri göstərilər. Qəbir əzabından qurtular. Qiyamətin böyük qorxusundan əmin-amanlıqda olar. Başına vüqar tacı qoyular. Həmin tacın yaqutdan olan daş-qaşı dünya və içindəkilərdən daha xeyirlidir. Yetmiş iki huri ilə evləndirilər və öz qohumlarından yetmiş nəfərə şəfaətçi olar". (Səhih Sunən ət-Tirmizi).

Hər gecə yatmazdan əvvəl əl-Mulk surəsini oxumaq barədə isə belə demişdir: "əl-Mulk surəsini (oxumaq) qəbir əzabından qoruyur". (İmam Əhməd "Musnəd" əsəri).

Həmçinin demişdir: "Həqiqətən, Allahın Kitabında cəmi otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb Cənnətə girməsinə şəfaət etdi". (əl-Hakim, 3838).

Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi "Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil et­miş­dir". (əs-Səcdə) və "Mülk Əlində Olan  qədər xeyirxahdır..." (əl-Mulk) surələrini oxumayınca yatmazdı. (ət-Tirmizi, ən-Nəsai. Bax: "Səhihul Cami", 4/255).

Həmçinin oxuyun:
Qəbir əzabı haqqında

Qəbir əzabı öz təsdiqini tapıbmı?

Möminin və kafirin ölümü

Can alan və sorğu-sual edən mələklər

Teqlər: 
Paylaş: