Oturaq halda namazı xalçada və stulda necə düzgün qılmaq olar?

    03.10.2026
Kimdən: 
Ələkbər
Sual: 
Oturaq namaz qılmağın qaydalarını bilmək istərdim.xalca üzərində yaxud stulda necə oturmalı,əllər,ayaqlar necə qoyulmalı və s addım addım izah edin. Təşəhhüd də və dualarda(2 ci 4 cü rəkətdə,3 təkərli namazda 3 ve rəkətdə barmaq nə vaxt qalxıb endirmək lazımdır?
Cavab: 

Əssələmu aleykum. Oturaraq namaz qılmaqda əsas məsələ insanın bacardığı qədər namazın hərəkətlərini yerinə yetirməsidir.  Əgər insan namazı ayaq üstə başlaya bilərsə, bunu etməli, sonra isə yerinə yetirə bilmədiyi əməlləri (rüku, səcdə) oturaraq etməlidir. Əgər ayaq üstə durmaq mümkün deyil, amma yerə oturmaq mümkündürsə, insan yerdə qibləyə tərəf oturmalıdır. Təkbir gətirərkən əlləri qaldırmaq mümkündürsə, əllər qaldırılır. Rüku üçün bacardığı qədər önə əyilir. Səcdə edə bilirsə, səcdəni normal şəkildə edir. Səcdə də mümkün deyilsə, başla işarə edilir və səcdə üçün rükudan daha çox əyilmək lazımdır. Oturuş vəziyyətində ayaqları rahat şəkildə saxlamaq olar. Müəyyən bir oturuş formasını bacarmayan şəxs buna məcbur deyil. 

Əgər yerə oturmaq çətindirsə, stuldan istifadə etmək olar. Əgər camaatla namaz qılınırsa, stul cərgədə elə yerləşdirilməlidir ki, yanında olan namaz qılanlarla cərgə pozulmasın. Bu halda da namazın ayaq üstə yerinə yetirilən hissələrini ayaq üstə yerinə yetirməlidir. Əgər ayaq üstə dura bilmirsə, oturaraq təkbir, qiraət və digər hərəkətləri bacardığı şəkildə edir. Rüku və səcdəni edə bilmirsə, başla işarə edir. Səcdə üçün rükudan daha çox əyilir. Təşəhhüddə barmağın hərəkət etdirilməsi barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: