İslamda mütləq bir firqə seçmək lazımdırmı? Mehdi haqqında səhih rəvayətlər nə deyir?
Sual:
Salam. Uşaqlıqdan namaz qılıram, əliaçıq şəkildə, möhürlə. Mənim üçün fərqi yoxdur, əliaçıq, əlibağlı, ürəkdən namaz qılan hər kəsi sevirəm, dosr görürəm. Bəzi quranda açıq olmayan mövzularda dinləyirəm sünnilikdə şiəlikdə hamsı məntiqimə uyğundursa, onu qəbul edirəm. Mənim qçün Allaha, Qurana, peyğəmbərə (s.ə.s) saf sevgi hər şeydən önəmlidir. Bəziləri isə deyir yox, dəqiq bir yol seçməlisən. Bu doğrudur? Bir də Mehdi (ə) haqda nə deyə bilərsiniz?
Cavab:
Və aleykum Salam. Mehdi Əhli-beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin ﷺ adı kimi, atasının adı da Peyğəmbərin ﷺ atasının adı kimi, yəni onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər ﷺ demişdir: “Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək.” (Əbu Davud, 4282). Həmçinin bu cavabları oxuyun: