Hamiləlik səbəbindən bir müddət namaza ara verə bilərəmmi?

    06.11.2026
Sual: 
Salam üzür isdeyirem mən hamileyem halm olmur ürəyim bulanir namazi geckdrem yoldasmda naamz qilandi her defe qilanda deir gel halm olmur bezen bir muddet men ara vere bilerm ya olmaz ??
Cavab: 

Və aleykum Salam. Uca Allah bətninizdəki övladı sağlam, saleh və gözünüzün nuru etsin, hamiləliyinizi asanlaşdırsın!

Hamiləlik, ürəkbulanma və halsızlıq namazı tərk etmək üçün üzr sayılmır. Bacardığınız qədər namazı vaxtında qılmalısınız. Ayaq üstə çətinlik çəkirsinizsə, oturaraq, buna da gücünüz çatmırsa, uzanaraq qıla bilərsiniz. Namazı qəsdən gecikdirmək və ya tamamilə ara vermək qadağandır. Uca Allah heç kəsi gücündən artıq yükləməz. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: