Hamilə qadın namazı oturaraq qılmalıdırmı?

    31.08.2020
Kimdən: 
Mədinə
Sual: 
Salam aleykum. Hamile olduqda namazi oturaq veziyyetdemi qilmaq lazimdir?
Cavab: 

Və aleykum Salam. Namazı ayaq üstə qılmaq namazın ərkanlarından biridir. Bu səbəbdən namaz qılan insan, imkanı olduğu təqdirdə namazı ayaq üstə qılmalıdır. Lakin, əgər namazı ayaq üstə qılmaq çətindirsə, bu halda oturararq qılmaq icazəlidir. İmran ibn Husayn (Allah ondan razı olsun) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum. Odur ki, Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu vəziyyətdə namaz qılmaq barə­sində soruşdum. O dedi: "Namazı ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, bu­nu da bacarmırsansa, uzanan yerdə qıl". (Səhih əl-Buxari, 1117). Odur ki, hamilə qadın namazlarını ayaq üstə qıla biləcəyi müddətcə namazlarını ayaq üstə qılmalıdır. Namazları ayaq üstə qılmaq çətin gəldikdə isə oturaraq qıla bilər. Oturaraq namaz qılarkən rüküda bir az qabağa əyilmək, səcdə əvəzinə isə bundan daha çox əyilmək lazımdır. Həmçinin oxuyun:
Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?
Hamilə qadın namazı necə qılmalıdır?

Teqlər: 
Paylaş: