Müsəlman qalasında gələn səcdə, rüku, salamdan qabaq olan bütün duaları hər namazımızda davamlı edə bilərik?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Müsəlman qalasında gələn səcdədə, rükuda və salamdan qabaq deyilən bütün zikrləri namazda cəm edərək davamlı şəkildə demək icazəlidir. Bu tək namaz qılana aiddir. Lakin əgər insan imamdırsa və arxasında namaz qılanlar namazı uzatmasını istəmirlərsə, onları çətinliyə salmamalıdır. Həmçinin bu zikrlərin heç biri tərk edilmiş olmasın deyə onları növbə ilə də oxumaq olar. İmam ən-Nəvəvi (Allah ona rəhmət etsin) istiftah (namaza başlayarkən oxunan açılış) duaları qeyd etdikdən sonra belə demişdir: "Bunlar namazın başlanğıc açılış duasında nəql olunmuş zikrlərdir. Tək namaz qılan şəxs üçün onların hamısını birlikdə oxumaq müstəhəbdir. Həmçinin imam da arxasında namaz qılanlar buna icazə verdikləri təqdirdə hamısını oxuya bilər. Əgər onlar buna razı deyillərsə, namazı onlar üçün uzatmamalı, həmin zikrlərdən bəziləri ilə kifayətlənməlidir". (əl-Əzkar, səh. 45).
Bu zikrlərdən başqa hədislərdə keçən dualara gəlincə, bu duaları səcdədə demək icazəlidir. Rükuda isə yalnız sünnədə gələn zikrləri deməklə kifayətlənmək lazımdır. Həmçinin oxuyun: