Rüku və səcdədə deyilən zikrləri neçə dəfə demək olar?

    29.08.2020
Kimdən: 
Anar
Sual: 
Salam Aleykum. Namazda secde halinda 3-defe SubhanAllah sozunun yerine (Subhane Rebbiyel e'la ve bihamdih) ve ruku halinda (Subhane Rebbiyel azimi ve bihamdih) sozunu nece defe demeliyik? Evvelceden tesekkurler.
Cavab: 

Aleykum salam. Namaz qılarkən səcdədə və rükuda deyilən zikrləri ən azı bir dəfə demək vacibdir. Bu zikrləri üç dəfə demək daha yaxşıdır. Bundan artıq deməkdə isə hədd yoxdur. Lakin camaatla qılınan namazda imam olan insan namaz qılanların halını nəzərə alaraq rüku və səcdəni çox uzatmamalıdır. Daha ətraflı:
Rüku və səcdəyə aid olan zikrlərə digər zikrləri əlavə etmək olarmı?
Namazda rüku və səcdədəki zikrləri üç dəfə yox, bir dəfə demək olarmı?
Səcdədə "subhanə rabbiyə-l-a'lə" duasından başqa oxunan dualar varmı?

Teqlər: 
Paylaş: