Rüku və səcdəyə aid olan zikrlərə digər zikrləri əlavə etmək olarmı?

    10.09.2019
Kimdən: 
Elşad
Sual: 
Salam men namaz qilarken ruku ve secde ederken 3 defe SubhanAllah deyib sonra 1 defe de Sunhana rebbiyyel ela ve ya ezimi bihemdim deyirem bu duzgundurmu?
Cavab: 

Va aleykum salam. Namaz qılarkən rüku və səcdədə deyilən zikrlər səhih hədislərdə Peyğəmbər tərəfindən bildirilmişdir. Yaxşı olar ki, namaz qılan bu zikrləri buyurulduğu kimi desin və onlara bir şey əlavə etməsin, yaxud onlardan bir şey əskiltməsin. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən necə namaz qılıramsa, siz də elə namaz qılın". (əl-Buxari "Azan", 605; Muslim "Məscidlər və namaz qılınan yerlər", 674; ən-Nəsai "Azan", 635; əd-Darimi "Namaz", 1253). 

Rüku və səcdədə deyilən zikrlər barədə bu sualların cavablarından oxuyun:

Rükuda edilən dua

Səcdədə edilən dua 



Teqlər: 
Paylaş: