18. Rükuda edilən dua

 [Subhənə rabbiyəl-azim]
 
«Böyük Rəbbim pak və müqəddəsdir!» (üç dəfə)[2]
 
[Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­hummə-ğ-firli]
 
«Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!»[3]
 
 [Subbuhun, quddusun, Rabbu-l-mələikəti va-r-ruhi]
 
 «Pakdır, müqəddəsdir, mələklərin və Ru­hun Rəbbi­dir!»[4]
 
 [Allahummə ləkə rakə′tu va bikə əməntu va ləkə əsləmtu xaşəa ləkə səm′i va bəsari va muxxi va azmi va asabi va məstəqallə bihi qadəmi]
 
 «Allahım! Sənə rüku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üs­tündə dayanan (bədənim) Sənə tabe oldu!»[5]
 
[Subhənə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-kibriyəi, va-l-azaməti]
 
«Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!»[6]
 
 

 
[1] [Namazda əlləri dizlərə dayayıb əyilmə vəziyyəti.]
[2] “Sünən” əsərlərinin müəllifləri və Əhməd. Bax: «Səhihu-t-Tir­mizi», 1/83.
[3] əl-Buxari, 1/99; Muslim, 1/350.
[4] Muslim, 1/353 və Əbu Davud, 1/230.
[5] Muslim, 1/534. İbn Macə istisna olmaqla “Sünən” əsərləri­nin müəllifləri.
[6] Əbu Davud, 1/230; ən-Nəsai və Əhməd. İsnadı “həsən”dir. [Bax: «Səhih Əbu Davud», 1/166.]