19. Rükudan qalxarkən edilən dua
[Səmi Allahu limən həmidəhu]
«Allah Ona həmd edəni eşitdi!»[1]
[Rabbənə va ləkə-l-həmdu, həmdən, kəsiran, tayyibən, mubərakən fihi]
«Ey Rəbbimiz! Sənə həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!»[2]
[Rabbənə va ləkə-l-həmdu! dedikdən sonra bunu da əlavə etmək olar:]
[...mil′ə-s-səməvati va mil′ə-l-ardi va mə beynəhumə, va mil′ə mə şi′tə min şeyin bə′d. Əhlə-s-sənəi va-l-məcdi, əhaqqu mə qalə-l-abdu, va kullunə ləkə abdun. Allahumə lə məni'a limə a'taytə va lə mu'tıyə limə məna'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cədd]
«Göylər dolusu, yer dolusu, onların arasında olanlar və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Bəndənin – hamımız Sənin qulunuq – söylədiyi ən doğru söz budur: Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz».[3]