20. Səcdədə edilən dua

  [Subhənə Rabbiyə-l-Ə'la]
 
 «Ən  Uca Rəbbim pak və müqəddəsdir!» (üç dəfə)[1]
 
 [Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­hummə-ğ-firli]
 
 «Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!»[2]
 
 [Subbuhun, quddusun, Rabbu-l-mələikəti va-r-ruhi]
 
«Pakdır, müqəddəsdir, mələklərin və Ru­hun Rəbbi­dir!»[3]

 [Allahummə ləkə səcədtu va bikə əməntu va ləkə əsləmtu, səcədə vachiyə li-l-ləzi xaləqahu, va savvarahu, va şəqqa səm'ahu va bəsarahu, təbərakə-l-lahu əhsə­nu-l-xaliqin]
 
 «Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Üzüm onu yara­dana, ona surət verənə, on­da göz və qulaq aça­na səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!»[4]
 

 [Subhənə zi-l-cəbəruti, va-l-mələkuti, va-l-kibriyəi, va-l-azəməti]

 «Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!»[5]

 
   [Allahummə-ğ-fir li zənbi kulləhu, diqqahu va cilləhu, va əvvaləhu va əxira­hu va alə niyətəhu va sirrahu]
 
   «Allahım! Günahlarımın hamısını – kiçi­yini və böyü­yünü, birincisini və axırıncısını, aşkarını və gizlisini mə­nə bağışla!»[6]
 
    [Allahummə inni əuzu birıdakə min səxatikə va bimuafətikə min uqubəti­kə va əuzu bikə minkə, lə uhsi sənəan aleykə əntə kəmə əsneytə alə nəfsikə]
 
  «Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvi­nə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bil­mərəm. Sən Özün Özünü tərif etdiyin kimi­sən!»[7]

 
[1] “Sünən” əsərlərinin müəllifləri və Əhməd. Bax: «Səhihu-t-Tir­mizi», 1/83.
[2] əl-Buxari, 1/99; Muslim, 1/350.
[3] Muslim, 1/533.
[4] Muslim, 1/534 və digərləri.
[5] Əbu Davud, 1/230; ən-Nəsai və Əhməd. əl-Albani bu hədi­si “səhih” hesab etmişdir. Bax: «Səhih Əbu Davud», 1/166.
[6] Muslim, 1/350.
[7] Muslim, 1/532.