17. Namaza başlayarkən birinci təkbirdən sonra edilən açılış duası

 [Allahummə bəid beyni va beynə xata­yəyə kəmə bə'adtə beynə-l-məşriqi va-l-məğribi, Allahummə nəqqini min xata­yəyə kəmə yunəqqa-s-səvbul-əbyədu min­ə-d-dənəsi. Allahummə-ğ-silni min xatayəyə bi-s-səlci va-l-məi va-l-bəradi]
 
 «Allahım! Məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım! Ağ paltar kirdən təmiz­ləndiyi kimi məni də günahlarımdan təmizlə! Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu!»[2]
 
 [Subhənəkə Allahummə va bihəmdi­kə va təbarəkə-s-mukə və təalə cəddukə va lə iləhə ğayrukə]
 
 «Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!»[3]
 
 [Vaccəhtu vachiyə lilləzi fətara-s-səməvati va-l-ərda hənifən va mə ənə min­ə-l-muşrikin, innə saləti va nusuki va məhyəyə va məməti lilləhi Rabbi-l-aləmin, lə şərikə ləhu va bizəlikə umirtu va ənə minə-l-muslimin. Allahummə əntə-l-məliku lə iləhə illə ənt. Əntə Rabbi va ənə abdukə zaləmtu nəfsi va'təraftu bi­zənbi, fəğfir li zunubi cəmian, innəhu lə yəğfiru-z-zunubə illə əntə, vahdi­ni liəhsəni-l-əxləqi lə yəhdi liəhsənihə illə əntə, vasrif anni seyyiəhə lə yasrifu anni seyyiəhə illə əntə. Ləbbeykə va sə'deykə, va-l-xayru kulluhu biyədəykə, va-ş-şərru leysə ileykə, ənə bikə va ileykə, təbarəktə va təaleytə, əstəğfirukə va ətubu ileykə]
 
«Üzümü hənif [ixlasla Allaha ibadət edənlərdən] ola­raq göyləri və yeri yaradana çe­virdim. Mən müşrik­lərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurba­nım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyu­rul­muşdur və mən müsəlmanlardanam. Allahım! Hökmdar Sənsən. Səndən başqa mə­bud yoxdur. Sən mənim Rəbbimsən, mən isə Sənin qulun. Özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağış­la! Şübhəsiz ki, günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gö­zəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Məni onun pisindən an­caq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlin­dədir. Şər isə Sənə aid deyildir. Mən Sənin­lə­yəm, Sənə də dönəcəyəm. Mübarək və Uca­san! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm».[4]
 
 30. [Allahummə Rabbə Cibrailə va Mikəilə va İsrafilə fətıra-s-səməvati va-l-ard, Alimə-l-ğaybi va-ş-şəhədəti əntə təh­kumu beynə ibədikə fimə kənu fihi yəxtəlifunə. İhdini liməxtulifə fihi minə-l-həqqi bi iznikə innəkə təhdi mən təşəu ilə sırati-m-mustəqim]
 
 30. «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı Bilən Allahım! İxtilaf­da olduqları şeylər barəsində bəndələrin arasında Sən hökm verir­sən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldir­sən».[5]
 
[Allahu Əkbəru kəbiran, Allahu Əkbəru kəbiran, Allahu Əkbəru kəbiran, va-l-həmdulilləhi kəsiran, va-l-həmdulillə­hi kəsiran, va-l-həmdulilləhi kəsiran, va subhənəllahi bukratən va asilən va sub­hənəllahi bukratən va asilən va subhə­nəllahi bukratən va asilən. Əuzu billəhi minə-ş-şeytani, min nəfxihi va nəfsihi va həmzihi]
 

«Allah böyüklükdə ən Böyükdür, Allah böyüklükdə ən Böyükdür, Allah böyüklükdə ən Böyükdür! Allaha çox­lu-çoxlu həmd olsun, Allaha çoxlu-çoxlu həmd olsun, Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha tə­riflər olsun! Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha tə­riflər olsun! Allaha çoxlu-çoxlu həmd olsun! Səhər-axşam Allaha tə­riflər olsun! Şeytandan – onun lovğalığından, seh­rindən və vəsvəsəsindən Allaha sığınıram!»[6]
 
 [Allahummə ləkə-l-həmdu əntə nurus-səməvati va-l-ardi va mən fihinnə, va ləkə-l-həmdu əntə qayyimu-s-səməvati va-l-ardi va mən fihinnə (va ləkə-l-həmdu əntə Rabbu-s-səməvati va-l-ardi va mən fihinnə), (va ləkə-l-həmdu ləkə mulku-s-səməvati va-l-ardi va mən fihinnə), (va ləkə-l-həmdu əntə məliku-s-səməvati va-l-ardi), (va ləkə-l-həmdu) (əntə-l-haqqu, va va'dukə-l-haqqu, va qavlukə-l-haqqu, va liqa­ukə-l-haqqu, va-l-Cənnətu haqqun, va-n-Nəru haqqun, va-n-nəbiyyunə haqqun, va Mu­həmmədun sallallahu aleyhi və səlləm haqqun, va-s-səatu haqqun), (Allahummə ləkə əsləmtu va aleykə təvakkəltu, va bikə əməntu, va ileykə ənəbtu, va bikə xasəm­tu, va ileykə həkəmtu, fəğfir lia mə qad­dəmtu va mə əxxartu va mə əsrartu va mə a'ləntu), (əntə-l-muqaddimu va əntə-l-mu­əxxiru lə iləhə illə əntə), (əntə iləhi lə iləhə illə əntə)]
 
«Allahım! Həmd Sənədir.[7] Sən göylərin, yerin və onlar­da olanların nurusan. Həmd Sə­nədir. Sən göylərin, yerin və onlar­da olanların Hamisisən. [Həmd Sənədir. Sən göylərin, ye­rin və onlar­da olanların Rəbbisən.] [Həmd Sə­nə­dir. Göylərin, yerin və onlar­da olanların səl­tə­nəti Sənə məxsusdur.] [Həmd Sənədir. Sən göylərin və yerin Hökmdarısan.] [Həmd Sənə­dir.] [Sən Haqsan. Verdiyin vəd haqdır. Dedi­yin söz haqdır. Sənə qovuşmaq haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Muhəmməd (sallallahu aleyhi və səlləm) haqdır. Qiyamət haqdır.] [Allahım! Sənə təslim ol­dum, Sənə təvəkkül etdim, Sənə iman gətir­dim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tut­dum. Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxar­dığım (pis) əməllərimi bağışla!] [Əvvələ çəkən də Sən­sən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur. Sən mənim məbudumsan, Səndən başqa mə­bud yox­dur.]»[8]

 
[1] [“Allahu Əkbər” demək.]
[2] əl-Buxari, 1/181; Muslim, 1/419.
[3] “Sünən” əsərlərinin müəllifləri. Bax: «Səhihu-t-Tir­mizi», 1/77 və «Səhih ibn Macə», 1/135.
[4] Muslim, 1/534.
[5] Muslim, 1/534.
[6] Əbu Davud, 1/203; İbn Macə 1/265; Əhməd 4/85; Mus­lim 1/420.
[7] Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə qalxıb namaz qılar­kən bu duanı oxuyardı.
[8] «Fəthul-Bari», 3/3; 11/116; 13/371, 423, 465; Muslim, buna bənzərini ixtisarla rəvayət etmişdir 1/532.