16. Azan zikrləri

(Azan eşidildik­də) müəzzinin dedikləri təkrar olunma­lıdır. Yalnız:
 
[Hayyə alə-s-saləti! Hayyə alə-l-fələhi]
 
«Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələri­nin hər biri:
 
 [Lə havlə va lə quvvatə illə billəhi]

 «Qüdrət və güc yalnız Allahdadir!» ifadəsi ilə əvəz edilməlidir.[1]

[Və ənə əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Radiytu billəhi Rabbən, və bi Muhəmmə­din rasulən, və bil-isləmi diynən]
 
«Mən də şahidlik edirəm ki, Allahdan baş­qa məbud yoxdur, O təkdir, Onun şəri­ki yox­dur və şahid­lik edirəm ki, Muhəmməd Onun qulu və elçisi­dir. Allahın Rəbb, Muhəm­mədin elçi və İslamın din olduğundan razı­yam!»[2] (Bu, müəzzi­nin şəhadət gətirməyinin ardınca deyilir.[3])
 
Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdik­dən sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) sala­vat gətirməlidir.[4]
 
Sonra da bu duanı oxumalıdır:
 
 [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəhu] [İnnəkə lə tuxlifu-l-miadi]
 
«Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır. [Həqiqətən, Sən vədə xilaf çıx­mırsan!]»[5]
 
 Azan və iqamə arasında özü üçün dua edir. Çünki bu vaxt edilən dua cavabsız qal­mır.[6]

 
[1] əl-Buxari, 1/152; Muslim, 1/288.
[2] Muslim, 1/290.
[3] İbn Xuzeymə, 1/220.
[4] Muslim, 1/288.
[5] əl-Buxari, 1/152. Mötərizədəki sözlər əl-Beyhəqinin əlavə­sidir və bu əlavənin isnadı “ceyyid”dir. Bax: Əbdüləziz ibn Baz, «Tuhfətul-Əx­yar», səh. 38. [Lakin əl-Albani bu əlavəni “şazz” – zəif hesab etmişdir. Bax: «İrvaul-Ğəlil», 1/261.]
[6] ət-Tirmizi, Əbu Davud və Əhməd. Bax: «İrvaul-Ğəlil», 1/262.