Rükuda və səcdədə edilən zikrlər hansı ardıcıllıqla deyilir?
Sual:
Əssələmu akeykum vərahmətullah. Rükuda və səcdədə SUBHUN QUDDUSUN RABBUL MƏLƏİKƏTİ VƏRRUH zikrini etdiriksə SUBHƏNƏ RABBİYƏL A'LƏ zikrini edirikmi yoxsa bunları ayrı-ayrı edirik. Bəziləri birlikdə edir amma PEYĞƏMBƏRİMİXİN(S.A.V.) bu tipli zikirləri birlikdə etdiyinə dair dəlilin olmadığını və alimlərin bu haqda ixtilafda olduğunu oxumuşdum . Xahiş edrəm bu məsələyə aydınlıq gətirəsiniz.
Cavab:
Və aleykumus-Sələm və rahmətullah. Səhih hədislərdə rüküda və səcdədə deyilən bir çox zikrlər varid olmuşdur. Bu zikrlərdən biri də sualda qeyd olunan "Subbuhun Quddusun Rabbul-Mələikəti vər-Ruh" zikridir. Bu zikrlərdən istədiyinizi həm ayrılıqda, həm də hamısını cəm edərək bir yerdə demək olar. Yaxşı olar ki, imkan daxilində bəzən bu zikrlərin hamısını cəm edərək bir yerdə deyilsin. İmam ən-Nəvəvi (Allah ona rəhmət etsn) "əl-Əzkər" kitabında (səh. 86) demişdir: "Yaxşı olar ki, imkan daxilində başqalarını çətinliyə salmamaq (bu səbəblə namazı uzatmamaq) şərtilə namaz qılan bu zikrləri rükuda və ya səcdədə bir yerdə cəm edərək desin. Belə olan halda "təsbih", yəni "Subhənəllah" mənasını ifadə edən zikrlərin əvvəldə deyilməsi yaxşıdır. (Rükuda və səcdədə) edilən zikrin kamil olmasının ən aşağı həddi üç dəfə "təsbih" edilməsidir. Lakin ən azı bir dəfə dəyilməsi namazın doğru olması üçün kifayətdir. Həmçinin, yaxşı olar ki, bir müddət bu zikrlərdən bəziləri, bir müddətdən sonra isə digərləri deyilsin. Beləcə, bu zikrlərin hamısı deyilmiş olsun". Həmçinin oxuyun: