İşdə olanda iki ay ərzində ayağıma məsh çəkərək namaz qılmışam, bu namazlar qəza edilməlidirmi?

    05.12.2025
Kimdən: 
Orxan
Sual: 
Mən Əhli Sünnə Namazı qılıram evdə qılanda həmişə ayağlarımı yumuşam ama işdə olanda məhz çəkmişəm 2 ay belə olub təzdən qılmaq lazımdı Namazları?
Cavab: 

Və aleykum Salam. Dəstəmaz alarkən ayaqlara birbaşa, yəni çorab və xuf (dəri ayaq geyimi) olmadan məsh çəkmək icazəli deyil. Dinimiz asanlıq üçün dəstəmaz aldıqdan sonra corab və ya xuf geyinilən ayağa səfərdə olmayanın bir sutka, səfərdə olanın isə üç sutka məsh çəkməyi icazəli görmüşdür. Bu barədə ətraflı oxuyun:

Corabın üstünə məsh etmək barədə 

Xuffların (ayaq üçün, dəridən hazırlanmış geyim) üzərinə məsh etmək


Əgər siz ayaqda corab və ya xuf olmadan birbaşa yalın ayağa yumadan məsh çəkmisinizsə, bu halda qıldığınız namazlar səhih sayılmır. Lakin bunu bilməməzlik ucbatından etdiyinizə görə bu namazlarını qəzasını qılmaq lazım deyil. Sizin vəziyyətinizdə də vacib namazlar düzgün qılınmadığına görə çalışın əlavə (sünnə) namazlarını artırasınız. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qiyamət günü insan­ların əməllərindən ilk hesaba çəkilən namaz olacaq­dır. Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: "Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?” Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Allah buyuracaq: "Baxın, qulumun nafilə (əlavə) namazları var­mı?" Əgər onun nafilə namazları olarsa, Allah: "Qulumun fərz namazlarını nafilə namazları ilə tamam­layın!" - deyə buyura­caq­dır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək". (Əbu Davud, 864). Həmçinin oxuyun:

Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?

Paylaş: