Heyzdən təmizləndikdən sonra qadından gələn qəhvəyi axıntı heyzdən sayılırmı?

    03.12.2025
Kimdən: 
Təşəkkür edirəm, Allah razı olsun..
Sual: 
ƏsSələmu Əleykum. Suallarım üçün üzr istəyirəm, ancaq mən hər ay qarışdırıram bunları. Oxusam belə məqalələri istədiyim cavab olmur, zəhmət olmasa yönləndirmədən cavablayın.. Heyz qanı tam kəsildikdən sonra qəhvəyi damar kimi ləkələr heyzdəndirmi? Heyzdən sonra axıntı gəlməzsə ancaq dərinə pambiq ve s baxdiqda sarımtıl veya qehveyiye çalan seffaf maye goruremse bu heyzdendirmi? İp kimiancaq sarimtil yaqehveyi axinti gelerse bu temizlenmedirmi? Namazi heyz qani bitende baslamaliyam yoxsa qehveyi lekeler bitdikden sonra axinti gormeyende baslamaliyam yoxsa derine baxdiqda pambiq ve s tam şeffaf gorenden sonra? Mezi veya meni gelmesi heyzden temizlenmedirmi? Bu cavablar menim üçün çox önemlidir
Cavab: 

Və aleykum Salam. Qadının heyzdən təmizlənməsinin əlamətləri var. Bu əlamətlərdən biri də qan tam dayandıqdan sonra ağ mayenin gəlməsidir. Əgər qan tam dayanmışsa və ağ maye gəlmişsə, demək ki qadın qüsl edib namazlarına başlamalıdır. Bundan sonra gələn qəhvəyi axıntı, damar şəkilli qan və ya sarı axıntı heyzdən sayılmır. Heyzdən təmizlənmə əlamətləri zahirən görsəndikdən sonra qadın dərinə baxmalı deyil. Heyzdən təmizlənmə əlaməti görsənənə qədər gələn qəhvəyi axıntı isə heyzdən sayılır. Həmçinin oxuyun:

Paylaş: