qadınlar

On gün heyz olduqdan sonra qan gələrsə bu, heyz sayılırmı?

    10.09.2025
Sual: 
10 gün aybaşı olandan sonra qüsl alıb namaz qılmaq istəyirəm. Lakin aybaşı bitəndən sonra qan yenə gəldi namaz qıla bilərəm?
Cavab: 

Əssələmu aleykum. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Yox əgər qüsl etdikdən sonra gələn axıntı qan olarsa və bu qan heyz qanına bənzəyərsə, bu halda orucunuzu və namazları saxlamalısınız.

Toydan bir gun əvvəl qadın oz yaxınlarını çağırıb evde xına vura bilərmi?

    06.09.2025
Sual: 
Salam Aleykum.1)Dövlət işində işləyirəm,novruz bayrami ve yeni ilde uşaqlar üçün hediye paketi verirlər sadəcə icindeki yemeli şeyləri götürsəm onlarida usaqlara versem buna görə gunah qazanirammi? 2)Evlenmek istəyirəm amma qarşımıza bezi əngəllər cixir, hansi dualari zikrleri ede bilerem evlenmek üçün 3)Toydan bir gun əvvəl qadin oz yaxinlarini çağırıb evde xina vura bilərmi? 4)Roman oxumaq olarmı məsələn dedektiv,içində qetl hadisəsi bas verən ve ya birinin heyat hekayesinden behs eden?
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:

Novruz münasibətilə bişirilən yeməkləri yemək olarmı?


2) Bu cavabı oxuyun:

Zərurət yaranarsa bir qadın digər bir qadının ayıb yerlərinə toxuna bilərmi?

    25.08.2025
Sual: 
Salam qadın qadına mehrem saylırmı bir birine ?qadın bir qadının zeruret zamanı mehrem yerlerine toxunmalı olur bu icazelidirmi?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, naməhrəmlik kişi və qadınlar arasında olur. Qadının digər qadınlar yanında övrəti göbəklə diz arasıdır. Lakin əgər zərurət olarsa, bir qadın digər qadının övrət yerlərinə toxuna bilər. Ətraflı oxuyun:

Qadının heyzdən təmizlənməsinin əlaməti nədir?

    23.08.2025
Sual: 
AsSalamu Aleykum. Öncelikle bu sualları verdiyim üçün sizden çox üzr isteyirem ancaq bilmek üçün vermeliyem. Demeli men usaqliqdan beri 8-10 gun arasi heyz oluram ve saglamam Elhemdulilleh. Evvel bu muddeti gozleyib qüsl alirdim ancaq sonra dedimki belke sehv edirem ve 7 gun heyz saydim 7 gunun sonunda qüsl aldim. Ancaq hele de qehveyi axintilarim var idi yene de namazimi qilirdim. Ancaq daha sonra sarimtil ag rengli axinti gordum ve tekrar qüsl aldim dedim belke evvel duzgun almamisam.
Cavab: 

Və aleykum Salam. Qadının heyzdən təmizlənməsinin əlaməti qanın dayanması və ağ (sarımtıl) axıntının gəlməsidir. Heyzin sonunda gələn qəhvəyi axntı heyzdən sayılır və qadın bu halda hələ təmizlənmiş sayılmır. Ətraflı oxuyun:

Qadın kişi tarixi şəxsiyyətlərin həyatı barədə məlumat oxuya bilərmi?

    12.08.2025
Sual: 
Salam,müselman qadın tarixi şexsiyyetler kişi hökmdarlar haqqında melumat oxuya bilermi? Men tarix fennini çox sevirem ve kişi hökmdarlar haqqinda oxuyuram bunun hökmü nedir? 2ci sualım Qadının universitede oxuya biler mi orada namehremlerde olur bunun hökmü nedir?
Cavab: 

Və aleykum Salam. 
1) Bəli, qadın kişi tarixi şəxsiyyətlərin həyatı barədə məlumat oxuya bilər. 

2) Bu cavabı oxuyun:

Nafilə orucu açarkən onun əvəzinə qəza orucu tutmaq lazımdırmı?

    05.08.2025
Sual: 
Əssəlamu əleykum.zulhiccə ayında olanda nafile oruc tutmuşdum həmin gün biz qohum evinə getdik deyə orada açdim yemek zad verirdiler o günün qəzasını tutmaliyammi? ovulyasiya günlərində çoxlu tez tez axıntı gelir şefaf bele ne qədər yuyunsamda axıntı kəsilmir şire kimi ifraz olunur yuyunub dəstamaz alıb ele namaz qılmaq olarmi?
Cavab: 

Və aleykum Salam.

1) Nafilə orucunu açmaq günah sayılmır və bu orucu qəza etməyə ehtiyac yoxdur. 


Hicabı ərimə görə bağlamışam deyə indi açmaq istəyirəm...

    03.08.2025
Sual: 
Salam. 2 ildi hicab taxiram. Amma yoldasimin isteyi ile. Ozu dindar deyil yani dinle mesgul deyil amma men 12 yaşımdan namaz qalıram sadece hicaba gec girdim. Lakin bunu mecburi etdim. Indide sacim tokulur, sehhetim buna yol vermir. Hicabida isteyerek taxmamiwam deye icimde subheler var. Men hicabdan cixsam gunah qazanmis olaram? Bu duzgundur sizce?
Cavab: 

Və aleykum Salam. İnsan hər bir ibadəti yalnız Allah üçün, Allahın rizasını qazanmaq üçün etməlidir. Lakin ola bilər ki, insan hər hansı bir əməli əvvəlcə başqasına görə etsin, lakin sonradan bunun səhv olduğunu dərk edib niyyətini dəyişsin.

Qadın üzünə tanal effektli nəmləndirici istifadə edə bilərmi?

    01.08.2025
Sual: 
Qadın üzündə rəngli (tanal effektli) nəmləndirici istifadə edə bilər? Məhsul dərini daha hamar və qüsursuz göstərir. Bu makyaj sayılır? Naməhrəmlərin qarşısına çıxa bilər?
Cavab: 

Əssələmu aleykum. Əgər sualda qeyd etdiyiniz nəmləndirici sifəti daha da cəlbedici edirsə, bu kosmetika sayılır və belə nəmləndirici vasitələri naməhrəmin qarşısına çıxarkən vurmaq qadağandır. Həmçinin oxuyun:

Pages