Hicabdan uzaqlaşmamaq üçün görünüşümlə bağlı komplekslərimi necə aşım?

    24.08.2026
Kimdən: 
Zümran
Sual: 
Salam aleykum qaşlarım qalındı bu güne kimi salonda aldırmışam hec aldırmasam ama qayciyla kesib seliqeye salsam nece oda gunah sayilar? Cunki qaşlarımın tükleri tez uzanır Birdeki men üreyimde sakitlik tapa bilmirem evvel cox imanlı idim indi zeifleyib aileliyem deye qaynanan qaynata er uşaq deyerken ne özüme yetişe bilirem ne ibadətə ve cox huzursuzlaşıram nece edim üzümde bezi deyişiklikler etmek isteyirem olar meni komplekse salır ve fikirleşiremki bele hicaba girsem ümumiyyetle kompleksime göre onun icinde durmaq mene ezab olacaq ve ona göre uzaqıaşmışam
Cavab: 

Və aleykum Salam. Qaşları gözəlləşdirmək və formasını dəyişdirmək məqsədilə aldırmaq qadağandır. Bu barədə ətraflı oxuyun:


Lakin əgər qaşın həddindən artıq uzun tükləri gözə düşürsə və görməyə mane olursa, qayçı ilə qısaltmaq olar. Ətraflı oxuyun:


İbadətdə zəifləməyiniz isə sizin Allahdan uzaqlaşdığınız anlamına gəlmir. Ailə, ər və uşaqlarla məşğul olmaq əgər düzgün niyyətlə edilərsə, savaba çevrilə bilər, sadəcə fərzləri qorumağa xüsusi diqqət edin. 
İnsanların sizin görünüşünüzə necə baxmasından çox, Allahın sizi necə gördüyünü düşünün. Qəlbiniz Allahla bağlı olduqda, zahiri görünüşlə bağlı komplekslər də zamanla yüngülləşə bilər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: