Hicab bağlamaq istəyirəm, lakin vəsvəsələrim var...

    02.08.2023
Kimdən: 
Sevil
Sual: 
Salam. Vaxtınız xeyir. Mən bir müddətdir ki, hicab bağlamaq fikrindəyəm, gələn vəsvəsələri yenməyə çalışıram, hazırda ailəli deyiləm amma irəlidə ailə qursam gəlinliyin hicabla uyğun gəlməyəcəyi barədə, ya da geyinsəm, gözəl olmayacağı, gözəl görünməyəcəyim barədə vəsvəsələr girir beynimə. Bu fikirləri beynimdən necə dəf edib doğru yola davam edə bilərəm? Gəlinlik geyimilə hicab bağlamağın üsulları, qaydaları varmı, bu barədə məsləhət verə bilərsinizmi? Öncədən təşəkkürlər.
Cavab: 

Və aleykum Salam. Uca Allahdan sizi dinində sabit saxlamasını və şeytanın vəsvəsələrini sizdən uzaqlaşdırmasını diləyirik! Bilmək lazımdır ki, şeytan Allahın doğru yolunu tutmaq istəyən hər bir mömini yolundan azdırmağa çalışır. Bunun üçün şeytanın müxtəlif üsulları var. Bu üsullardan biri də ona Allahın əmrlərini çətin göstərmək, haramları isə onun üçün bəzəməkdir. Nicat və qurtuluş isə Allahın əmrlərinə tabe olub, Onun qadağalarından çəkinməkdir. Xoşbəxtlik Allahdandır və xoşbəxtliyi yalnız Uca Allah verə bilər. Xoşbəxtliyi Uca Allaha asi olmaqla əldə etmək mümkün deyil. Dövrümüzdə çox gözəl hicablı gəlinliklər mövcuddur və bu gəlinliklər açıq-saçıq gəlinliklərdən qat-qat gözəl görsənir. Odur ki Uca Allaha təvəkkül edib hicab bağlamağınızı tövsiyə edirik. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: