Hicab bağlamaq mənə ağır gəlir, hicabı açsam Allah məni bağışlayarmı?

    22.02.2022
Kimdən: 
Aytac
Sual: 
Salam mən 8 ildən çoxdurki hicab taxıram bunuda deyimki mən hicaba keçəndə 12 yaşım vardı ailəm məktəbə belə qoymurdu məni məndə dini kitablar oxuyurdum sonra namaz qılıb hicaba keçdim indi isə son aylar çox aıxılmağa başlamışam evdən çıxıran başımda ağrılar olur saçlarəm tökülməyə başlayıb mən hava almaq üçün belə eyvana çıxa bilmirəmki qonşu görər artıq belə olmaq məni içimdə çox sıxər heçnəyə həvəsim qalmayıb hicabı açmaq qərarına gəlmişəm bunu yoldaşıma dedim nə olursa olsun mənim yanımda olacağını dedi amma mən nə eliyəcəyimi bilmirəm hicabı istəməyə istəməyə taxmağımmı yanlışdır? Hicabı açsam günah edəcəyimi bilirəm amma içimdə qaranlıq quyuda qalmışam kimiyəm Allah məni bağışlayarmı?
Cavab: 

Va aleykum Salam. Uca Allah həddi-büluğa çatmış hər bir qadına hicab geyinməyi vacib edərək buyurur: "Ey Peyğəmbər! Zövcə­lərinə, qız­larına və mömin­lə­rin qa­dın­la­rına de ki, naməhrəm ya­nında çarşabları ilə örtün­sün­lər. Bu on­la­rın tanınması və on­lara əziyyət verilməməsi üçün daha müna­sib­dir. Allah bağış­layandır, rəhmlidir". (əl-Əhzab, 59). Hicab geyinən qadın bunu Allah üçün edərsə, buna görə savab qazanar. Qadına hicab bağlamaq dünyada müəyyən çətinliklər yaratsa da, bunun mükafatı əbədi qalacağı Cənnət olacaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol - deyilər...". (İmam Əhməd, 1661). Uca Allah bağışlayan və rəhmli olmaqla yanaşı şiddətli əzab verəndir. Uca Allah buyurur: "Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm. Əzabım isə ağrılı-acılı əzab­dır" (əl-Hicr, 49-50). Namazlarınızda davamlı olun və hər namazda Uca Allaha hicabı sizə asanlaşdırması üçün dua edin. Həmçinin dualarınızda Uca Allahdan sizi Öz dinində sabit etməsini istəyin. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ən çox etdiyi dua: "Yə Muqallibə-l-Qulub, Səbbit Qalbi Alə Diynik - Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et!" olardı. Mən ondan: "Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?" - deyə soruşdum. O buyurdu: "Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz saxlayır, istədiyini də döndərir". Sonra o, bu ayəni oxudu: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" (Ali İmran, 8)". (ət-Tirmizi, 2140, 3522, 3864, 3587; İbn Hibban, 943; əl-Buxari "Ədəbul-Mufrad", 683; İbn Məcəh, 3834; İmam Əhməd, 26562, 26721). ​​​​​​​Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: