Bir qadının evlənməsi mümkün olmayan bir kişiyə qarşı güclü hisslər bəsləməsi günahdırmı?

    26.10.2026
Sual: 
Əs sələmu aleykum və rəhmətullahi və bərəkətuhu Əlçatmaz olan birini bəyənirəm,ondan başqasını da istəmirəm ayrı ölkə və tanınmış müsəlman döyüşçüdür,mümkün olmadığını çox gözəl anlayıram,amma qəlbimə söz keçirə bilmirəm ancaq şəkilləri videolar baxıram,yalnız onda yaxşı hiss edirəm az da olsa,görəndə ürəyim yerindən çıxacaq kimi hiss edirəm, düzdü qəribədi,gülməlidi bəlkə də...hətta ona görə göz yaşları tökmüşəm,bunların günah olduğunu bilirəm,lakin əl çəkə bilmirəm uzun müddətdi belədi fikrimi toplaya bilmirəm heç,hər an yadıma düşür Artıq bu özümə də pis təsir edir,həm imkansız olduğunu bilirəm həm naməhrəm həm də qəlbimə söz keçirə bilmirəm dəfələrlə dua etmişəm,nə edə bilərəm sizcə?
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bir qadının bilərəkdən naməhrəm bir kişi barədə düşünüb özündə ona qarşı ehtiras hissi oyatması günahdır. Odur ki, sizi ona bağlayan şəkil və videolardan uzaqlaşın! Bu barədə ətraflı oxuyun:

İnsanın intim düşüncələrə dalması günahdırmı?


Belə halda sizə aşağıdakıları tövsiyə edə bilərik:

1. Şəkil və videolarına baxmağı dayandırın, çünki bu günah əməldir və hər dəfə ona baxdıqda bu bağlılığı daha da gücləndirə bilər. Çalışın onun paylaşımlarını izləməyəsiniz. 

2. Ümidsizliyə düşməyin. Çalışın bu hislər sizi harama və Allahdan uzaqlaşmağa aparmasın.

3. Davamlı dua edin. Allahdan özünüz üçün xeyirli olanı istəyin. Çünki qəlblər Uca Allahın Əlindədir, istədiyi kimi çevirər.

4. Vaxtınızı ibadətlərlə və Allahı razı salacaq işlərlə keçirməyə çalışın. Quran oxumağa, elm öyrənməyə çalışın. Uca Allah buyurur:

"Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu göstərər və ona gözləmədiyi yerdən ruzi verər". (ət-Talaq, 2–3). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: